Son dəqiqə
8-04-2024, 15:20
102

"Yekə-yekə kişilərdi, medal taxır, çıxır şəhərə..." - Polkovnik qazilərdən gileyləndi

"Yekə-yekə kişilərdi, medal taxır, çıxır şəhərə..." - Polkovnik qazilərdən gileyləndi
Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhərində özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə müxtəlif obyektlərə və restoranlara daxil olub ona maddi köməklik olunmasını tələb edən Şirvan şəhər sakini 1990-cı il təvəllüdlü Nəzər Məmmədov saxlanılıb.

Qeyd edək ki, təkcə hansısa saxta qazi deyil, eyni zamanda Vətən müharibəsindən sonra bir çox qazilər ictimai yerlərdə hərbi formada gəzirlər. Hazırda da paytaxt küçələrində tez-tez buna rast gəlmək mümkündür.

Xatırladaq ki, yalnız hərbi xidmətdə 20 il və artıq qüsursuz xidmət etmiş və silahlı qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmalarını rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Lakin qeyd etdiyimiz kimi, bəzi vətəndaşlar hərbi geyim formasını daşımaq hüququna maliki olmadığı halda bu geyimlərdən istifadə edirlər.

Bəs, hərbi polis bu istiqamətdə niyə tədbir görmür? Bu halların qarşısını almaq üçün hansı işlər görülməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov dedi ki, bu kimi hallar özbaşınalıq səbəbindən yaşanır:

"Hərbi formanı kim gəldi geyinir. Hərbi formanın, səhra geyiminin üzərinə medallar taxırlar, mən xəcalət çəkirəm. Bir generalı görmüsüz, səhra geyiminin üzərində hansısa bir orden, medal taxsın? Son vaxtlar Azərbaycanda bir medal xəstəliyi yaranıb, medalı hara gəldi taxırlar. Elə bil bura Şimali Koreyadır. Nə biabırçılıqdır, belə? Yekə-yekə kişilərdi, medal taxır, çıxır şəhərə, nə bilim metroda, avtobusda medalla gəzir. Bunu yığışdırmaq lazımdır, ayıbdır, bu, tərbiyəvi əhəmiyyət daşımır. Əksinə, bəzi dələduzlar üçün meydandır, "guya mən müharibədə iştirak etmişəm" və s. Mən Birinci Qarabağ müharibəsində briqada komandirinin müavini olanda döyüşlər vaxtı bizə evə gəlməyə üç günlük icazə verirdilər. Şəhərin ortasında biri mənə dedi ki, mən Füzulidə döyüşürəm, mənim xidmət keçdiyim hərbi hissənin adını çəkir ki, guya orda döyüşür... Bu gün çox təəssüflər olsun ki, veteran təşkilatların da çox böyük məsuliyyəti və günahı var. Kimin kefindən necə keçir, bir dənə ayaqqabı alır, forma alır və onların da sənəndlərini yoxlayan yoxdur. Onların sənədləri yoxlanmalıdır, hərbi polis bununla ciddi məşğul olmalıdır. Nolsun ki, müharibə iştirakçısdır, onlar yoxlanılmalıdır və məsuliyyətə cəlb olunmalıdır".

Xebertv.info

Digər xəbərlər

"Qarabağda Putinə ediləcək kiçik güzəşt - gələcək təhlükələrin böyüyəcəyi deməkdir..."
Tibb işçilərinin sertifikasiya imtahanına yenidən start verilir
Cavanşir Məmmədovdan sərt sözlər: "Mən sənə 1000-1500 manat pul verməliyəm?" - VİDEO
Ramiz Mehdiyevin kürəkəni və qudası azadlığa çıxdı - Video
"Aygün Kazımova böyük risk etdi"
Kəlbəcərin Yuxarı Ayrım kəndindən görüntülər - VİDEO
Azərbaycanda şortik qalmaqalları...
Həbs edilən icra başçısı hind və Qarabağ atları saxlayırmış - İLGİNC
Neftçalanın sabiq icra başçısı yenidən məhkəmə qarşısına çıxarılıb
Düşmənin iki artilleriya batareyası məhv edilib - VİDEO
Nigerdə silahlı hücum zamanı 80-ə yaxın insan qətlə yetirilib
Maklerlər büdcəni milyonlarla manatdan məhrum edir – Ekspert (VİDEO)
Ermənilər Qəbələni "Skad" raketiylə vurub
Dünya çempionumuz erməni güləşçiyə 9:0 hesabı ilə qalib gəldi
Bakı restoranında “görüş” Rövşən Lənkəranskinin ölümünün ildönümü ilə bağlı olub
Smeta dəyəri 320 milyon manat olan Bakı-Astara yolu 1.2 milyard manata necə başa gəldi?
ABŞ-da qaz kəmərində güclü partlayış - VİDEO
Ordumuz işğaldan azad edilmiş ərazidə Azərbaycan Bayrağını sancdı - VİDEO
Bakıda uşaq bağçasının sahibi vətəndaşlara PUL ATIB - VİDEO
İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul etdi
Teymur Mustafayevin ailəsindən iddia: “Koronavirusdan yox, şəkərli diabetdən ölüb”
Daha bir kateqoriyadan olan şəxslər təhsil haqqından azad oluna bilər
Minlərlə insan aldadılaraq neft mədəni ərazisində yaşamağa məhkum edilib - REPORTAJ
Başçının "sağ əli" Tovuzda qoçuluq edir... - VİDEO
İşin içindən Taleh Qaraşov çıxdı...
Rusiyanın Sarmat blefini arxasında heç nə yoxdur -
Olimpiya Oyunlarının təxirə salınmasının vurduğu ziyanın məbləği açıqlanıb
“30 min”lik rüşvət qalmaqalında adı hallanan şəxs direktor təyin edildi – ŞƏRH
AZAL-da nə baş verir? - NARAZILIQ!
Yoluxanların sayı bu gün də azaldı
{sape_links}{sape_article}