Son dəqiqə
15-04-2024, 17:43
152

Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs

Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
Masallı Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Eşqin Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən E.Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, vəzifə saxtakarlığında, külli miqdarda rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin sabiq şöbə müdiri Süleyman Əliyev isə cinayət məsuliyyətindən azad edilib.

Keçmiş baş həkim məhkəmədə özünü təqsirli bildiyini deyib.

Qeyd edək ki, E.Əliyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

İstintaqla Eşqin Əliyevin baş həkim və xəstəxana üzrə Həkim-Məsləhət Komissiyasının sədri vəzifəsində işləyərkən əlillik dərəcəsinin təyin olunması üçün ayrı-ayrı şəxslərdən ümumilikdə 28 min manatdan artıq pul vəsaitini rüşvət müqabilində almasına, habelə işə düzəltmə və ixtisasartırma barədə yalan vəd verməklə vətəndaşlara məxsus 34 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, onun Süleyman Əliyevlə cinayət əlaqəsinə girib Masallı RMX-nın həkiminin digər tibb sahəsi üzrə işləyə bilməsi üçün vəzifəli şəxsə rüşvət verilməsi adı ilə 15 min manat məbləğində pul vəsaitini ələ keçirməyə cəhd etdiyi bildirilib.

Xatırladaq ki, Eşqin Əliyev son üç ildə Masallı xəstəxanasının baş həkimi vəzifəsindən kənarlaşdırılan sayca 3-cü şəxsdir. 2021-ci ilin yanvarında xəstəxananın əvvəlki baş həkimi Cəlil Nəzərov 675 min manat mənimsəməkdə ittiham olunaraq həbs edilib. Onun xələfi Rasim Əzizov da təyinatından bir müddət sonra qalmaqallı şəkildə işdən çıxarılıb.

Xebertv.info

Digər xəbərlər

Eynulla Qasımov HARADADIR?
“Faktor Lizinq” MMC-nin sahiblərindən “oğru elə bağırdı ki…” taktikası – Ehtiram Alıyev qanunlardan üstündür?
"Qarabağ"ın futbolçuları Ağdamdakı Cümə məscidində namaz qılıb
Sabahın hava proqnozu açıqlandı
Dünyada koronavirusa ən çox yoluxma bu ölkələrdədir
"Ermənistan bu təxribatlarla heç nə əldə edə bilməyəcək, uduzacaq..."
Bu il Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlanıb
Rəcəb Tayyip Ərdoğanın qardaşı oğlu koronavirusdan vəfat etdi
Qaçqın və məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərinin aqibəti ilə bağlı AÇIQLAMA
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
Bir qrup hərbçi “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib
Bu marşrut xəttində gediş haqqı AZALDILDI
Yefremov günahını etiraf etdi
Dəmiryolçu şəhidlərimizi tanıyaq
Füzulidə bombacıq partladı: Şirkət əməkdaşı xəsarət aldı
Fikrət Qoca Birinci Fəxri xiyabanda dəfn olunacaq
Milyonlarla dolları havaya sovuran sabiq məmurlarla bağlı - TEKLİF
Mehriban Əliyeva Rəmişlə bağlı göstəriş verdi
Azərbaycan nümayəndə heyəti İrana gedib
Olimpiya Oyunlarının təxirə salınmasının vurduğu ziyanın məbləği açıqlanıb
Fransız qəzeti: "Ermənistanın Qarabağdakı məğlubiyyəti həm də Fransanın məğlubiyyətidir"
“Qocalar evi” və sığınacağın sakinləri də vaskinasiya olunur
Pərvin pəncərəyə çıxaraq elə poz verdi ki... - FOTO
Acunun klubu “Fənərbaxça”ya məğlub oldu
“Azərenerji” dənizdə böyük estakada tikir - VİDEO
"Mançester Yunayted" 1/4 finalda
Gəncə Psixitariya Xəstəxanasında epilepsiya xəstələrindən rüşvət belə toplanır – VİDEOFAKT
Bu məhkəmə işləri dekabrın 23-dək təxirə salındı
Ermənilər rusiyalı deputata villa, mənzil, maşınlar və torpaq sahəsi bağışlayıb - SƏBƏB
Hikmət Hacıyev: "Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil”
{sape_links}{sape_article}