Son dəqiqə
22-06-2024, 12:53
152

Seçkidən sonra gözlənilən şok yenilik – kimlər gedir, kimlər qalır?

Seçkidən sonra gözlənilən şok yenilik – kimlər gedir, kimlər qalır?
Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi xəbəri daxili siyasətdə aktivlik yaradıb. Artıq bir sıra müxalifət partiyaları seçkiyə hazırlığa başlayıb.

Ekspertlər isə növbədənkənar prezident seçkilərindən sonra parlament seçkilərini tarixi proses olaraq qiymətləndirir.

Parlament seçkisindən sonra Azərbaycanda nələr dəyişəcək, kimlər gedəcək? Yenidən kadr dəyişikliyinə, idarəetmədə islahatlara gediləcəkmi?

Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, parlament seçkilərindən sonra Azərbaycanda, həm ölkəmiz, həm də bütövlükdə bölgəmiz və Türk Dünyası üçün tarixi əhəmiyyətli bir tədbir – COP29 keçiriləcək:

“Bu mötəbər, tarixi əhəmiyyət kəsb edən tədbir, istisnasız olaraq, həm ölkəmizə, həm də regiona öz müsbət təsirini göstərəcək. Bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən iqlim dəyişikləri ilə mübarizə, ətraf mühitin qorunması ön plana keçəcək və bu da şübhəsiz ki, hər bir Azərbaycan vətəndaşının dünyagörüşünə, həyat tərzinə təsirsiz ötüşməyəcək.

Parlamentə gəldikdə isə bəlli olduğu kimi Azərbaycanda hakimiyyətin 3 qolu var. Onlardan biri də parlamentdir. Ölkədə prezident idarə üsulu olduğu üçün həyata keçirilən islahatların əsas ağırlığı icra strukturlarının üzərinə düşür. Qanunverici orqan isə şübhəsiz ki, islahatların həyata keçirilməsi üçün hüquqi bazanın hazırlanmasında, hüquqi-normativ aktların təkmilləşdirilməsində müstəsna rol oynayır.

Son illər bütün dünyada parlament diplomatiyası dövlətlərarası əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynayır, bu istiqamətdə dövlət siyasətinə ciddi dəstək verirlər. Bu prosesin daha da intensivləşəcəyini və yeni istiqamətləri əhatə edəcəyini gözləyirəm. Ümid edirəm ki, parlamentin fəaliyyətində də ciddi dəyişikliklər baş verəcək”.

Xebertv.info

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu