Son dəqiqə
4-07-2024, 13:45
99

Erməni qızı Azərbaycanla sərhəddən şəkil yaydı - Ermənilər HƏYƏCANLANDI

Erməni qızı Azərbaycanla sərhəddən şəkil yaydı - Ermənilər HƏYƏCANLANDI





Ermənistanın Tavuş rayonunun Azərbaycanla sərhəddə yerləşən Kirants kəndinin sakini Qohar Vardanyan həmyerlilərini təşvişə salacaq məlumat yayıb.

Erməni qızı özünün Facebook səhifəsində sərhəddən çəkilən şəkli aşağıdakı qeydlə paylaşıb:

“Azərbaycan sərhədçiləri, mən, erməni sərhədçiləri... Yeri gəlmişkən, Azərbaycan bayrağı addım-addım irəliləyir”.

Qohar Vardanyanın paylaşımını Ermənistan mətbuatı da yayıb. Erməni qızının paylaşımı sosial şəbəkələrdə həyəcan və təşviş yaradıb, ermənilər Paşinyan hakimiyyətini Qazaxın işğaldakı 4 kəndini Azərbaycana qaytardığına görə ən ağır sözlərlə söyüblər.

Qeyd edək ki, Tavuş rayonunun Kirants kəndi Qazax rayonunun Xeyrimli kəndi ilə üzbəüz ərazidə yerləşir. Kirants ermənilər 30 illik işğal dövründə Xeyrimli kəndinin ərazilərini qanunsuz olaraq mənimsəyib istismar edirdilər. Delimitasiya zamanı həmin torpaqların ermənilərdən geri alınması kənddə etiraz aksiyalarına səbəb olmuş, Paşinyan hakimiyyətinə qarşı "istefa!" şüarları səsləndirlmişdi.
Yerli ermənilər hələ də uzun illər boyu qanunsuz istismar etdikləri torpaqların əllərindən çıxmasını heç cür həzm edə bilmirlər.

Xatırladaq ki, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikasının delimitasiya komissiyalar arasında Qazaxın 4 kəndinin qaytarılması barədə razılıq əldə edilib.

15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında Texniki Protokol razılaşdırılıb və bu barədə müvafiq sənəd imzalanıb.

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

24 may 2024-cü il tarixində həmin kəndlər Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Xebertv.info

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu