Son dəqiqə
19-07-2024, 11:19
150

Göydən dəhşətli alov gəlir - Ekstrasens

Göydən dəhşətli alov gəlir - Ekstrasens




Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də görücü Vanqanın 2025-ci illə bağlı verdiyi "proqnozdur". Belə ki, guya o, illər öncə dünyanın sonunun məhz 2025-ci ildə başlayacağını bildirib.

Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens, kliniki psixoloq, ezoterik Zirəddin Rzayev Globalinfo.az-a açıqlamasında Vanqaya çox inandığını bildirib.

O, Vanqanın ilahidən qeyri-adi güclə mükafatlandırılmasına zərrə qədər şübhə etmədiyini deyib: "O qadın doğrudan da fövqəltəbii gücə malik bir fenomen idi. Zamanında ona inanmayanlar tarixdən silinib-getdilər. Ancaq Vanqa adı əbədi olaraq tarixdə qalacaq. Lakin təəssüf hissi ilə deyə bilərəm ki, bəzi kütləvi informasiya vasitələri öz reytinqləri üçün Vanqanın adından proqnozlar yayımlayırlar. Bu, çox ağır günahdır, dünyasını dəyişmiş şikəst bir qadının adından yalan danışmaq insani keyfiyyətlərin xaricində olan bir haldır".

Z.Rzayev Vanqanın ümumiyyətlə, proqnozlar kitabının olmadığını qeyd edib: "Məhz bu nöqtədən yanaşsaq görərik ki, Vanqanın adından yayımlanan proqnozların mənbələri göstərilmir. Fürsətdən istifadə edərək sizin vasitənizlə insanlara bildirmək istəyirəm ki, mənbəyi göstərilməyən yazılara önəm verməsinlər. Kimsə mənə Vanqa haqqında öz səsi ilə videofraqmentlər, onun yaşadığı dövrə aid mətbuatda dərc olunan yazılar göstərsə, o zaman inanaram ki, doğrudan da iddia etdikləri proqnozlar Vanqaya aiddir".

Ekstrasens deyib ki, 2025-ci ildə dünyanın sonunun gəlməsi xəbəri yanlışdır: "Vanqanın adından yazılan bu proqnozları incələsəniz görərsiniz ki, 2025-ci ildə "qiyamətin gələcəyindən" xəbər verir, ancaq buna baxmayaraq, "2130-cu ildə insanların yadplanetlilərlə əlaqə yaradacaqlarını" da yazırlar. Bu cəfəngiyatdır, belə yazıları yalandan da olsa bu şəkildə yazmaq çox gülüncdür. Qaldı ki, Vanqanın adından yazılan "proqnozlara", mən 2021-ci ildən başlayaraq mediada son onilliyin tarixdə görünməmiş su daşqınları ilə təhlükə yaradacağını söyləmişəm. Dediklərim bu gün də qüvvəsində qalır və aktuallığını itirməyib. Bundan əlavə, 2024 və 2025-ci illərdə göydən yerə alovun yaxınlaşdığı müşahidə olunacaq. 2024 və 2025-ci illər Yaponiya, Avstraliya və bəzi Asiya ölkələri üçün təhlükəli olacaq".

Xebertv.info

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu