Son dəqiqə
7-03-2020, 14:01
1 607

"Bu həssas dövrdə sizin məqsədiniz nədir, hörmətli Gömrük Komitəsi?" - İTTİHAM

"Bu həssas dövrdə sizin məqsədiniz nədir, hörmətli Gömrük Komitəsi?" - İTTİHAM

Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyinə qarşı yeni ittihamlar səsləndirilib. DİA.AZ bildirir ki, bu barədə elektorn poçtumuza gələn müraciətdə DGK sədri Səfər Mehdiyevin gömrük sistemindəki özəl maraqlarından danışılır. Söhbət avtomobillərə tətbiq olunan gömrük rüsumlarının həddən-ziyadə şişirdilməsindən gedir. Dia.az olaraq həmin müraciəti təqdim edirik:

"İnsanlar Gürcüstanda 3 min manata maşın alır, ancaq Səfər Mehdiyevin rəhbərlik komitə ona 6 min rüsum tələb edir. Adam gedib Amerikadan 5 minə maşın alır, gömrükçülər dirəşir ki, bu maşın Azərbaycanda 15 mindir və rüsumu da 5 minə yox, 15 minə uyğun hesablayıb, alırlar. Gömrük boğaza kimi bataqlığın içindədir, camaatı incitməklə məşğuldur. Atdığı bütün addımlar insanların ziyanına olur və ciddi etirazlar yaradır. Bu həssas dövrdə sizin məqsədiniz nədir, hörmətli Gömrük Komitəsi?.

Gürcüstan hibrid avtomobillərə güzəşt edib - 60 faiz. İran edib, başqa dövlətlər isə çoxillik planlar işləyir, hətta, hibrid və elektromobil gətirənlərə dövlət özü dəstək olur, pul ayırır. Azərbaycan gömrüyünün rəhbərliyi isə bildirir ki, hibrid üçün güzəşt məqəsədəuyğun deyil. Çünki o maşınlardan çox pul qazana bilmirlər.

Bu gün Azərbaycanın şimal rayonlarında Rusiya, qərb rayonlarında və Bakı da daxil olmaqla hər yerdə Gürcüstan nömrəli avtomobillər sürülür. Niyə? Çünki gömrük rüsumlarını artırıb avtomobilin real qiymətindən 2-10 dəfə çox tələb edirlər. Səfər Mehdiyevin sayəsində avtomobil bazarı çöküb. Adam küçəyə çıxanda gürcü nömrələrini görüb, özünü Gürcüstanda hiss edir.

Bütün bunlar Səfər Mehdiyevin "xidmətinin" nəticəsidir. Gürcüstana Almaniyadan, Yaponiyadan, Amerikadan gömrük rüsumları daxil 5 minə gətiriən avtomobil nə üçün Azərbaycanda keçəndə 15 min olur?"

Təəssüflər olsun ki, yenə də hörmətli DGK-dan hansısa münasibət öyrənmək cəhdlərimiz alınmadı... Amma yenə də rəyləri üçün dinləməyə hazırıq..

DİA.AZ

Digər xəbərlər

Füzulinin Aşağı Aybasanlı kəndindən görüntülər - VİDEO
Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO
Türkiyəli aktrisanın əri öldürüldü
İzmiri zəlzələdən sonra su basdı - VİDEO
Baş Prokurorluq Gəncədən son təxribatla bağlı fotolar yaydı
İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 80-i ötüb - YENILƏNİB
Qurban bayramında neçə gün iş olmayacaq?
Ermənistanda deputatlar arasında dava düşdü - VİDEO
Qarabağa köçmək istəyənlərə ŞAD XƏBƏR
Messi “İnter Mayami”yə 7 milyon abunəçi gətirdi
Düşmən Gəncə şəhərinə 7 raket atıb - RƏSMİ
Kapital Bank məcburi köçkünlərdən 5 manat “tutub”…
Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur
Nazir müəllimlərin sertifikasiyası haqda
"Neftçi"nin vurduğu möhtəşəm qol -
Yağın qiymətinin artmaması üçün qərar qəbul edilib
İlham Əliyev Rusiyanın baş nazirinin müavinini qəbul etdi
Mənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?
Qonaqlıqdan sonra tanışını ürəyindən bıçaqlayıb öldürdü
Olimpiadada rekord vuran Kamilla Vəliyevada dopinq aşkarlandı
Mehriban Əliyeva Xalq artistinin müalicəsini öz üzərinə götürdü
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı
Azərbaycan nefti 2%-dək ucuzlaşıb
Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı
Biləcəri bazarının tikintisi niyə yarımçıq qalıb: Mərhum bələdiyyə sədri pulları kiminlə mənimsəyib?
Heydərovun "Gilan"ı TƏNƏZZÜLDƏ...
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü - VİDEO
Ermənistan təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir
Xoşqədəmin verilişində təəccüblü anlar: -
Baş nazir yeni QƏRAR İMZALADI
{sape_links}{sape_article}