Son dəqiqə
29-04-2019, 13:53
1 067

İtkin düşmüş qardaşının tapılması üçün bu evi tikib VİDEO

İtkin düşmüş qardaşının tapılması üçün bu evi tikib  VİDEO


Gəncə şəhərində Hüseyn Cavid küçəsi ilə Qəmbər Hüseynli küçəsinin kəsişməsində yerləşən bu ev itkin düşmüş bir qardaşın tapılması arzusu ilə inşa edilib.

Söhbət tanınmış memarlar İbrahim Cəfərovun 1966-1967-ci ildə inşa etdiyi "Butılka ev"dən gedir.

BEŞ.AZ Qərb mərkəzinin könüllüləri bu evlə bağlı araşdırma apararaq ilk dəfə maraqlı məqamları ortaya çıxarıblar.

Məlum olub ki, yerli və xarici turistlərinin marağına səbəb olan və "Butılka ev" ev kimi tanınan bu evi İbrahim Cəfərov II Dünya müharibəsində itkin düşən qardaşı Yusif Cəfərovun tapılması üçün diqqət çəkmək məqsədi ilə tikdirib.

Bu evdə ümumilikdə irili-xırdalı 48 min butılka və kiçik dərman şüşə qablardan istifadə edilib.

Məlumata görə, evdə istifadə olunan bəzək daşlarını memar özü Rusiya Fedarasiyasının Soçi şəhərində Qara dənizin sahilindən yığıb gətirib və bu daşların üzərinə Gəncənin mənzərəli yerləri həkk edilməklə tikiliyə xüsusi gözəllik bəxş edib.

Hazırda bu evdə yaşayan İ.Cəfərovun gəlini Məhəbbət Cəfərova bildirib ki, qaynatası müharibədə itkin düşən qardaşı Yusif Cəfərovun bir gün bu evin sorağını eşidəcəyini və geri dönəcəyini güman edərək bu addımı atıb: “Bu ev bizim şəxsi evimizdir, qaynatam bu ev öz əlləri ilə tikib.

Elə buna görə, memar binanın arxasında silahlı əsgər təsvir olunub və rus dilində “Слава вечная родину за неизвестного солдата" (Vətəninin naməlum əsgərinin xatirəsinə əbədi eşq olsun!) yazıb.

Binanın önünə isə o vaxtlar adının deyilməsi qadağan olunmuş “Gəncə” sözü yazılıb.

M.Cəfərova bildirib ki, onların evini görməyə demək olar ki, hər gün turistlər gəlir: "Hər kəs maraqla izləyir bu evi. Lakin gələn qonaqlar evin eyvanına çıxıb üzərindəki naxışlara daha yaxından baxmaq istəsələr də buna eyvanın təmirsiz olması səbəbindən icazə vermirəm. Eyvanın elə vəziyyətdə olmasından utansam da təmir etməyə imkanım yoxdur. Qaynatam rəhmətə getdikdən sonra imkansızlıqdan ev baxımsız qalıb. Buna görə, adiyyəti qurumlardan və imkanlı şəxslərdən xahiş edirəm ki, eyvanın təmiri üçün köməklik etsinlər".

Qeyd edək ki, müharibədə itkin düşən Yüsif Cəfərovun barəsində ailə heç bir məlumat əldə edə bilməyib və bu gün də nun taleyi barədə məlumatsızdır.











Digər xəbərlər

Kamran Əliyev Naxçıvanda hərbi qulluqçularla görüşüb -
İşğaldan azad olunmuş torpaqlarımızın hansı müddətə minalardan təmizlənəcəyi açıqlandı
Sərt karantin günlərində itləri gəzdirmək olar? - AÇIQLAMA
Azərbaycan nefti bahalaşıb
Ata 15 yaşlı oğlunu dörd il zorladı - Ana həqiqəti biləndə şoka düşdü - FOTO
Azərbaycan Prezidenti Almaniyada səfərdədir
“Əsrin müqaviləsi”nin bağlanmasından 26 il ötür
Neftin qiyməti 80 dolları keçdi
Şəkinin icra başçısının topdağıtmaz sərvəti – SİYAHI
SON DƏQİQƏ: Gəncədə silahlı şəxslərlə polis arasında atışma: Yaralı var
Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlandı
Olimpiya Oyunlarının təxirə salınmasının vurduğu ziyanın məbləği açıqlanıb
Araratın baş məşqçisi: “Azərbaycan Ermənistanın yaşayış məntəqələrinə atəş açmır”
Xəzər dənizində 4,6 bal gücündə zəlzələ olub
Azərbaycanlı aktyor vəfat etdi
İlham Əliyevin “CNN International” televiziya kanalına müsahibəsi - Tam Mətn
Türkiyə PUA-ları Ermənistan sərhədində (FOTO)
Tofiq Yaqublunun məhkəməsi sabaha təyin edilə bilər
FHN Xaçmazdakı yanğınla bağlı məlumat yayıb -
Ermənilər Şuşaya yalnız bundan sonra Şuşi deməyə başladılar – MÜSAHİBƏ
İsrail və Fələstin koronavirusla mübarizə üçün birləşdilər
Qiymətlər bahalaşır, inhisarçılar meydan sulayır... – Bəs, dövlət nə etməlidir?
"Dini etiqad azadlığı haqqında” qanun birinci oxunuşda qəbul edilib
Bayraktardan İLGİNC MÜJDƏ -
Atışma oldu: Briqada komandiri öldürüldü
Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü
Ermənilər 27 günə 2156 evi dağıdıb - 63 mülki şəxs öldürülüb
Fövqəladə Hallar Nazirliyi 126 min manatlıq it yemi alır
İlham Əliyev: “Paşinyan hər gün dünya liderlərinə zəng edir, amma mən heç kimə zəng etməmişəm”
"Uşaqdan heç bir yaxma götürülmədən onun xəstə olduğunu bildirdilər..."
{sape_links}{sape_article}