Son dəqiqə
19-05-2020, 13:00
1 027

Daha bir sığorta şirkəti BAĞLANDI

Daha bir sığorta şirkəti BAĞLANDI


Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 19 may 2020-ci il tarixli müvafiq qərarı ilə ASC “Standard Insurance” Sığorta Şirkəti kapitalını tam itirdiyinə, cari fəaliyyətini etibarlı qaydada həyata keçirmədiyinə və istehlakçılarının hüquqlarının pozulmasına yol verdiyinə görə “Sığorta fəaliyyəti haqqında” Qanunun 107.1.4-cü, 109.1.2-ci, 118.1.1-ci və 118.1.2-ci maddələrinə əsasən sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilmiş, Şirkətə müvəqqəti inzibatçı təyin edilib, habelə Şirkət barəsində iflas proseduruna başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilib.

XeberTv.info Mərkəzi Banka istinadən xəbər verir ki, qanunvericiliyə uyğun olaraq ASC “Standard Insurance” Sığorta Şirkətinin idarəetmə orqanlarının sәlahiyyәtlәri dayandırılıb və həmin səlahiyyətlər müvәqqәti inzibatçıya verilib.

"ASC “Standard Insurance” Sığorta Şirkətinin maliyyə vəziyyəti uzun müddətdir ki, pisləşib. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank sığorta sektorunun maliyyə vəziyyətinin qiymətləndirilməsinə başlayıb. Qiymətləndirmə çərçivəsində Şirkətin məcmu kapitalı tələb olunan səviyyədən xeyli aşağı olduğu müəyyən edilib və kapitalın tam bərpası üçün Şirkətin rəhbərliyi ilə müzakirələr aparılıb. Lakin, səhmdarlar tərəfindən Şirkətin kapitalının tam bərpası üçün konkret plan təqdim edilməyib. “Standard Insurance” Sığorta Şirkətinin səmərəlilik göstəriciləri də xeyli aşağıdır və Şirkət son iki ili zərərlə başa vurub.

Şirkətin bazar davranışları, xüsusilə isteklakçıların hüquqlarının müdafiəsi sahəsində olan problemləri barədə onun rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılıb. Şirkətin üzləşdiyi xroniki likvidlik problemi sığorta hadisələrinin tənzimlənməsində ciddi yubanmalara, nəticədə sığorta xidmətləri üzrə istehlakçıların narazılığının artmasına gətirib çıxarıb.

Mərkəzi Bank sığorta sektorunun maliyyə dayanıqlığını və sığorta şirkətlərinin bazar davranışlarının qanunvericiliyə uyğunluğunu sistemli olaraq nəzarət altında saxlayır. Görülən bütün tədbirlər sığorta sektorunun inkişafına, sığorta xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinə yönəlib",- məlumatda deyilir.

Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV EDİLDİ
Keçmiş millət vəkilinə cinayət işi açıldı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
MN: "Olmayanı məhv etmək mümkün deyil"
Məhkəmə sistemimizə göydən zənbillə düşən Vidadi Cəfərov
“Neftçi” bu 3 futbolçu ilə yollarını ayırdı
Statistika Komitəsinin 5 minlik məhəccərləri oğurlandı
“Deyirdi ana, ermənilər nə qorxaqdı, bizi görən kimi silahlarını atıb qaçırlar... “
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Bakıda Prezidentin iştirakı ilə konfrans keçirilir
Qarabağda daha 5 humanitar mərkəz yaradıldı
QHT Şurası getdi, Agentlik gəldi, nə dəyişdi?
Günün qoroskopu - 17.03.2020
Alimlərdən şok: Yadplanetlilər artıq aramızdadır
Putin “Mercedes”in sükanı arxasına keçib Lukaşenkonun dalınca getdi
DİN əməliyyat keçirib: Dolları rəsmi məzənnədən baha satan şəxs tutulub - VİDEO
Messi və Suares Bekhemin klubunda birlikdə oynaya bilər
İlham Əliyev Bakıda yol açılışında
Bayramov Gəncəni necə kəndə çevirib... -
Rəsmi iş yeri olmayanlar ömürlük kirayədə qalacaq? -
Baş bankir: "Zəif banklar ölkənin imici üçün problemdir"
Azərbaycan Futzal Federasiyasının rəhbərliyində dəyişiklik edilib
Leyla Abdullayeva: "Paşinyan getsə belə razılaşma dəyişməyəcək”
Avropada qazın qiyməti sürətlə artır
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ
UEFA-nın Nurlan İbrahimova verdiyi cəza ədalətlidirmi? – ARAŞDIRMA
Putin, Əliyev, Ərdoğan - dəyişikliklər ərəfəsində unikal ittifaq
“Azəriqaz”ın səhvinə görə abonent pul ödəməlidir?
“İgid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkür edirəm”-Mehriban Əliyeva
Hüseynbala Mirələmovun əxlaqsızlığı - VİDEO
{sape_links}{sape_article}