Son dəqiqə
10-06-2020, 15:08
1 223

Azərbaycanda daha bir qadağa ləğv olunur — Məsələ Parlamentdə qaldırılacaq

Azərbaycanda daha bir qadağa ləğv olunur — Məsələ Parlamentdə qaldırılacaq


14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Yaşayış evlərini iki günlük tərk etməklə bağlı qadağa fonunda insanların rayonlara üz tutması yenidən aktuallaşıb. Sosial şəbəkədə aktiv müzakirələr zamanı insanlar iki günlük qadağa zamanı Bakını tərk edərək rayonlara üz tutmağa üstünlük verdiklərini açıqlayıblar.

Mövcud vəziyyətdə iki günlük qadağalar zamanı vətəndaşların rayonlara üz tutması ilə bağlı Operativ Qərargahın məsələyə münasibətini öyrənməyə çalışdıq. Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov saytımıza bildirib ki, rayonlara gediş-gəlişin bərpası gündəmdə deyil.

Məsələ ilə bağlı saytımıza münasibət bildirən deputat Aqil Abbas isə Bakı sakinlərinin rayonlara buraxılması ilə bağlı Milli Məclisdə məsələ qaldıracağını qeyd etdi: "Açığı deyim ki, bu təklifi 5-ci gün Milli Məclisdə qaldıracağam. Bakı qeydiyyatı olan vətəndaşların rayonlara rahat getməsinə icazə verilməsi məsələsini irəli sürəcəm. İmkan verilsin ki, vətəndaşlarımız rayonlara gedib öz evlərində, qohumlarıgildə və ya kirayə ev tutub qala bilsinlər. Bununla həm Bakı şəhəri boşalmış olacaq, həm də insanlarımız rahat və təmiz hava almış olacaqlar.

Düşünürəm ki, o rayonlarda ki, xəstəlik yoxdur, Bakı sakinlərinin həmin ərazilərə buraxılmasını reallaşdırmaq mümkündür. Bunu həm uzun müddətli, həm də bir neçə günlük rayonlara üz tutmaq istəyən vətəndaşlar üçün tətbiq etmək olar. Ola bilər ki, insanların Ağcabədidə, Bərdədə və və ya başqa bölgədə evi və ya qohumlarının evləri ola bilər. Bu insanlar həmin ərazilərdə rahat yerləşə biləcəklər.

Belə olan təqdirdə rayonlarda infrastruktur işləyəcək. Hotellər və mağazalar gəlir əldə etməyə başlayacaq".

Aqil Abbas əlavə etdi ki, əgər bu koronavirus getdikcə şiddətlənirsə, əhalini qorumaq lazımdır: "Əhalini ünsiyyəti azaltmaqla qorumaq mümkündür. İki günlük küçəyə çıxmaq qadağasına əməl etmək də vacib şərtlərdəndir. Mən qətiyyən karantinin əleyhinə deyiləm. Dövlət əhalini qorumaq istəyir. Bunun üçün bəzi qadağa və məhdudiyyətlər tətbiq olunur. Bu qadağalar qonşu Türkiyədə 4 günlük müddətdə də olub. Bunun əleyhinə getmək olmaz.

Amma Bakı qeydiyyatı olan vətəndaşlara rayonlara getməyə icazə verilə bilər. Bu məsələyə mən normal baxıram və onu Milli Məclisdə qaldıracam".(baku.ws)

XeberTv.info

Digər xəbərlər

İlham Əliyev Bakıda yol açılışında
Ceyhun Bayramov kadr islahatlarına başladı
İbad Hüseynov: "Bu adı alacağım günü həmişə gözləmişəm”
Hərbçinin özünü güllələməsi ilə bağlı cinayət işi açıldı
İki yarıtmaz qurumun yaratdığı problemlər... - GİLEY
“Azəriqaz” əməkdaşlarına hücum edildi - VİDEO
Bakıda İran vətəndaşlarının narkokuryerliyə cəlb etdiyi şəxslər saxlanıldı -
İki oğlunun itkin düşdüyünü deyən qadının övladı yox imiş
Düşmən növbəti itkilərini açıqladı
Susuzluğa etiraz edən sakinlərin qarşısı polislə kəsildi VİDEO
Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib, 25 Nepal vətəndaşı saxlanılıb -
Azərbaycanda dini liderlərin görüşü keçiriləcək
Lənkəranda tanınmış iş adamı özünə qəsd etdi
DİN-dən həbs edilən polkovniklə bağlı - Açıqlama
Azərbaycanda partiya sədri koronavirudan öldü - FOTO
OPEC+ 9 aprel iclasına ABŞ, Kanada və Britaniyanı da dəvət etdi
İcra başçısı və vəzifəli şəxslər koronavirusun ağır sindiromuna yoluxdu
Azərbaycanda yeni su anbarları inşa ediləcək
Şeyxin ailəsində TOY - VİDEO
Düşmənin Tərtəri atəşə tutması nəticəsində yaralanan səkkiz nəfərin ikisi vəzifəli şəxsdir
17 yaşlı fiziki məhdudiyyətli qız məcburi ərə verilib? - RƏSMİ AÇIQLAMA
Rusiyada ağır yol qəzası: 10 ölü, 14 yaralı
Öz təşəbbüsü ilə namizəd olan YAP-çılar partiyadan qovulacaq? (AÇIQLAMA)
Xocalı soyqırımının törədilməsindən 29 il ötür
Hikmət Hacıyev: “Cəbhədən obyektiv reportaj hazırlayanı təhqir edənlər “Charlie Hebdo”nun təxribatına susur”
Bakıda 30 yaşlı kişinin başına küt alətlə vurub öldürdülər
Sentyabrın 15-dən ənənəvi tədrisə qayıtmağın şərtləri açıqlandı
Son sutkada Azərbaycanda COVID-19 əleyhinə peyvənd vurulmayıb
Milli Məclisin ömürlük deputatının qanunsuz təhsil biznesinə havadarlıq edir - VİDEO
BMT-dən Krımla bağlı qərar