Son dəqiqə
24-09-2020, 12:51
734

Lavrovun 5 rayon açıqlaması nəyə hesablanıb? - “Rusiya ordusu “sülhməramlılar” adı altında Dağlıq Qarabağda yerləşsə…”

Lavrovun 5 rayon açıqlaması nəyə hesablanıb? - “Rusiya ordusu “sülhməramlılar” adı altında Dağlıq Qarabağda yerləşsə…”


"Lavrovun son açıqlaması Kremlin müharibə qorxusundan irəli gəlir”.

Bunu politoloq Elxan Şahinoğlu Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun münaqişənin nizamlaması prosesində işğal olunmuş 5 rayonun geri qaytarılması ilə bağlı fikirini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi və Ermənistan hakimiyyəti haqqında buna qədər səsləndirmədiyi sözləri işlədib:

Lavrovun 5 rayon açıqlaması nəyə hesablanıb? - “Rusiya ordusu “sülhməramlılar” adı altında Dağlıq Qarabağda yerləşsə…”

Elxan Şahinoğlu


"O, Moskvada Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə mane olur: "Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”. Əgər Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sonradan təkzib mənasında Lavrovun sözlərinin doğru yayınlanmadığını bildirməyəsəksə, Rusiyanın Xarici İşlər nazirinin Milli Məclis sədrinə dedikləri ciddi əhəmiyyət kəsb edir.

Birincisi, Lavrov demək istəyir ki, Rusiya hakimiyyəti münaqişənin "mərhələli həll” planını dəstəkləyir, ancaq Ermənistanın Baş naziri Nikol Paşinyan buna mane olur.

Sual olunur: Əgər Nikol Paşinyan Moskvanın dəstəklədiyi "mərhələli həll” planını əngəlləyirsə və erməni Baş nazir Lavrovun təbirincə desək, "nimzamlamaya mane olursa” nədən Rusiya Ermənistana hərbi yardımı dayandırmır, tam əksinə hərbi yüklərin daşınması davam edir. Paşinyan Moskvanın "sülh səylərini” əngəlləyirsə, Kreml məntiqlə Paşinyana təzyiq etməli, ən azı onun əli ilə Ermənistan ordusunun gücləndirilməsini müvəqqəti dayandırmalıdır. Digər tərəfdən Rusiyanın əlində Paşinyana təzyiq etmək üçün kifayət qədər iqtisadi və enerji alətləri var. Kreml bu təzyiq alətlərindən istifadə etmir. Yəni Paşinyanı başa salmaq üçün Kremlin əlində alətlərin sayı kifayət qədərdir, ancaq bunların heç birindən istifadə olunmur.
Görünür, Lavrovun son açıqlaması Kremlin müharibə qorxusundan irəli gəlir. Kreml Azərbaycanın Türkiyə ilə birgə hərbi hazırlıqlarını müşahidə edərək, iki dövlətin işğal altındakı torpaqları azad etmək ruhunu bilərək "Paşinyan sözümüzə qulaq asmır” açıqlamasıyla bizi sakitləşdirməyə, müharibə riskini azaltmağa çalışır.

Lavrovun 5 rayon açıqlaması nəyə hesablanıb? - “Rusiya ordusu “sülhməramlılar” adı altında Dağlıq Qarabağda yerləşsə…”


İkincisi, Lavrov 5 rayonun azad olunmasından danışarkən, Şuşa, Kəlbərəcər və Laçının taleyi barədə fikir söyləməyib. Biz 5 rayonun azad olunmasıyla kifayətlənə bilmərik. Azərbaycan Ermənistanla nəqliyyat-kommunikasiya sistemini yalnız o halda bərpa edə bilər ki, 5 rayonla yanaşı Şuşa, Kəlbəcər və Laçının da azad olunmasını təmin edilsin. Ermənistan hakimiyyəti yerli separatçılarla birgə təxribatlarını – köçü, müəssisələrin açılmasını və "parlamentin” köçürülməsini məhz adı çəkilən rayonlarımızda həyata keçirir. Lavrovun bu haqda mövqeyi bəlli deyil.

Üçüncüsü, Lavrov "əraziyə sülhməramlıların yerləşdirilməsi vacibdir” deyərkən şübhəsiz Rusiya hərbçilərinin Azərbaycan ərazilərində yerləşdirilməsini nəzərdə tutur. Buna yol vermək olmaz. ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarına görə, Dağlıq Qarabağda neytral ölkələrin sülhməramlıları yerləşdirilməlidir. Çünki Rusiya ordusu "sülhməramlılar” adı altında Dağlıq Qarabağda yerləşsə, bir daha Azərbaycandan çıxmayacaq. Elə SSRİ dövründə Qarabağ separatçıları rusların bölgədəki hərbi bazalarından əldə etdiyi silahlar və hərb texnika vasitəsilə torpaqlarımızı işğal etmiş, qətliamlar törətmişdi”.

Lavrovun 5 rayon açıqlaması nəyə hesablanıb? - “Rusiya ordusu “sülhməramlılar” adı altında Dağlıq Qarabağda yerləşsə…”


Elxan Şahinoğlu bildirib ki, əgər Moskva Rusiya "sülhməramlılarının” bölgədə yerləşməsində israr edərsə, biz də Türkiyə hərbçilərinin Dağlıq Qarabağın azərbaycanlılar yaşayan hissəsində, o cümlədən Şuşada, Kəlbəcərdə və Laçında yerləşməsini təmin etməliyik:

"Sergey Lavrovun açıqlaması Nikol Paşinyanın və onun komandasının tənqidinə səbəb olacaq, eyni zamanda erməni Baş nazirin əsas rəqibi və Kremlin yaxın dostu Robert Köçəryanın əlini gücləndirəcək. Məhz Köçəryan bir neçə gün əvvəl erməni eskeprtlərlə görüşdə demişdi ki, Paşinyanın Rusiya ilə soyuq münasibətləri Ermənistan üçün ciddi problemə çevriləcək. Lavrov son açıqlamasını prezident Vladimir Putnlə razılaşdırıb və bəlkə də onun təlimatıyla danışıb. Putin Lavrov vasitəsilə Paşinyan haqqında düşündüklərini səsləndirməklə Ermənistanda hakimiyyətdə kimi görmək istədiyini ortaya qoyub. Bütün hallarda Rusiya rəsmilərindən kimsə ilk dəfə açıq şəkildə Paşinyandan narazı olduqlarını və 5 rayonun azad edilməsinin vacibliyini dilə gətirib. Bu, Azərbaycan-Türkiyə hərbi ittifaqı gücləndirilməsinin və müharibə hazırlıqlarının doğru strategiya olduğunun göstəricisidir. Demək, Ermənistana hərbi təzyiqi artırmaqda fayda var”.(qaynarinfo)

XeberTv.info


Digər xəbərlər

Kamran Əliyev Naxçıvanda hərbi qulluqçularla görüşüb -
İşğaldan azad olunmuş torpaqlarımızın hansı müddətə minalardan təmizlənəcəyi açıqlandı
Sərt karantin günlərində itləri gəzdirmək olar? - AÇIQLAMA
Azərbaycan nefti bahalaşıb
Ata 15 yaşlı oğlunu dörd il zorladı - Ana həqiqəti biləndə şoka düşdü - FOTO
Azərbaycan Prezidenti Almaniyada səfərdədir
“Əsrin müqaviləsi”nin bağlanmasından 26 il ötür
Neftin qiyməti 80 dolları keçdi
Şəkinin icra başçısının topdağıtmaz sərvəti – SİYAHI
SON DƏQİQƏ: Gəncədə silahlı şəxslərlə polis arasında atışma: Yaralı var
Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlandı
Olimpiya Oyunlarının təxirə salınmasının vurduğu ziyanın məbləği açıqlanıb
Araratın baş məşqçisi: “Azərbaycan Ermənistanın yaşayış məntəqələrinə atəş açmır”
Xəzər dənizində 4,6 bal gücündə zəlzələ olub
Azərbaycanlı aktyor vəfat etdi
İlham Əliyevin “CNN International” televiziya kanalına müsahibəsi - Tam Mətn
Türkiyə PUA-ları Ermənistan sərhədində (FOTO)
Tofiq Yaqublunun məhkəməsi sabaha təyin edilə bilər
FHN Xaçmazdakı yanğınla bağlı məlumat yayıb -
Ermənilər Şuşaya yalnız bundan sonra Şuşi deməyə başladılar – MÜSAHİBƏ
İsrail və Fələstin koronavirusla mübarizə üçün birləşdilər
Qiymətlər bahalaşır, inhisarçılar meydan sulayır... – Bəs, dövlət nə etməlidir?
"Dini etiqad azadlığı haqqında” qanun birinci oxunuşda qəbul edilib
Bayraktardan İLGİNC MÜJDƏ -
Atışma oldu: Briqada komandiri öldürüldü
Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü
Ermənilər 27 günə 2156 evi dağıdıb - 63 mülki şəxs öldürülüb
Fövqəladə Hallar Nazirliyi 126 min manatlıq it yemi alır
İlham Əliyev: “Paşinyan hər gün dünya liderlərinə zəng edir, amma mən heç kimə zəng etməmişəm”
"Uşaqdan heç bir yaxma götürülmədən onun xəstə olduğunu bildirdilər..."
{sape_links}{sape_article}