Son dəqiqə
13-05-2019, 09:56
434

Azərbaycanlı ailə əti əvəzləyən pendir istehsal edir - Video



Niftəliyevlər ailəsinin Quba “ABAD Factory” İstehsalat Kompleksində istehsal olunan pendir dadı və xüsusiyyətlərinə görə, məhsulun digər növlərinə heç bənzəmir. Bu pendiri bişirmək, qızartmaq eləcə də dolma, düşbərə kimi yeməklərdə ət əvəzinə istifadə etmək mümkündür

Beş.az Azərtac-a istinadən xəbər verir ki, Niftəliyevlər ailəsi artıq 20 ildən çoxdur süd məhsullarının istehsalı ilə məşğul olur. Ailənin başçısı Ədalət Niftəliyev ixtisasca mühəndisdir. Ailənin qida məhsullarının istehsalı sahəsinə marağı vegetarian həyat tərzini seçdikdən sonra yaranıb.

“25 il bundan əvvəl mən ailəmlə birlikdə vegetarian olmaq qərarı verdik. Bu həyat tərzini seçəndən sonra bizim qida rasionumuz xeyli azaldı. Mən onda fikirləşdim ki, özümüz və digər vegetarian ailələr üçün belə bir pendir məhsulu hazırlayım. Pendir və ümumiyyətlə süd məhsulları haqqında xeyli ədəbiyyat oxudum. Çünki süd məhsulları vegetarianların əsas qidasıdır. Dünyada olan bütün pendir növləri haqqında öyrəndim. Sonra hər növün xoşuma gələn keyfiyyətlərini özündə birləşdirən bir pendir istehsal etməyə başladım. Ortaya yeni növ dadlı bir pendir çıxdı”, -deyə Ədalət Niftəliyev söyləyib.

“ABAD”çı ailənin hazırladığı pendir bir çox keyfiyyətləri özündə birləşdirir. Bu pendiri bişirdikdə, qaynatdıqda və qızartdıqda ərimir və formasını dəyişmir. İkincisi, bu pendiri hisə vermək mümkündür. Ən əsası isə pendir istehsal prosesindən keçdikdən sonra südün, qaymağın ilkin dadını özündə saxlayır.

“Biz pendiri özümüz, ailəmiz üçün hazırlayırdıq. Satışını heç cür təşkil edə bilmirdik. Sonra eşitdik ki, “ABAD” adlı bir qurum var və bu qurum bizim kimi ailələrə tək avadanlıqlardan istifadədə deyil, eyni zamanda, satışın həyata keçirilməsi kimi bir çox xidmətlərdə dəstək olur. Hazırda bizim ailəmizin məhsulu üçün “Baharat” brendi yaradılıb və pendirimiz artıq bazarda tanınır”, -deyə müsahibimiz qeyd edib.

Niftəliyevlər ailəsinin hazırladığı pendirin kökü Hindistanın pendir növlərinə söykənir. Hazırda yeganə pendir növüdür ki, onu qızartmaq mümkündür.

Niftəliyevlərin “Baharat” pendiri “ABAD” bakaleyalarında və paytaxtın bir çox hipermarketlərində satışa çıxarılır.

Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışı ötən ilin oktyabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilib.

Quba “ABAD” Regional Mərkəzinin direktoru Elxan Nağıyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, ikimərtəbəli, ümumi sahəsi 1500 kvadratmetrə yaxın olan müasir istehsalat kompleksində “ABAD”çılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir. Buraya quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir.

Burada ailə təsərrüfatlarına verilən dəstək proqramı uğurla davam etdirilir. Sahibkarların xammalının istehsalata ötürülməsi, milli məhsulların istehsalı və biznesin formalaşdırılması yönündə mühüm işlər görülür.

Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə Quba “ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb. Burada 10 “ABAD”çı ailə fəaliyyət göstərir.

Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV EDİLDİ
Keçmiş millət vəkilinə cinayət işi açıldı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
MN: "Olmayanı məhv etmək mümkün deyil"
Məhkəmə sistemimizə göydən zənbillə düşən Vidadi Cəfərov
“Neftçi” bu 3 futbolçu ilə yollarını ayırdı
Statistika Komitəsinin 5 minlik məhəccərləri oğurlandı
“Deyirdi ana, ermənilər nə qorxaqdı, bizi görən kimi silahlarını atıb qaçırlar... “
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Bakıda Prezidentin iştirakı ilə konfrans keçirilir
Qarabağda daha 5 humanitar mərkəz yaradıldı
QHT Şurası getdi, Agentlik gəldi, nə dəyişdi?
Günün qoroskopu - 17.03.2020
Alimlərdən şok: Yadplanetlilər artıq aramızdadır
Putin “Mercedes”in sükanı arxasına keçib Lukaşenkonun dalınca getdi
DİN əməliyyat keçirib: Dolları rəsmi məzənnədən baha satan şəxs tutulub - VİDEO
Messi və Suares Bekhemin klubunda birlikdə oynaya bilər
İlham Əliyev Bakıda yol açılışında
Bayramov Gəncəni necə kəndə çevirib... -
Rəsmi iş yeri olmayanlar ömürlük kirayədə qalacaq? -
Baş bankir: "Zəif banklar ölkənin imici üçün problemdir"
Azərbaycan Futzal Federasiyasının rəhbərliyində dəyişiklik edilib
Leyla Abdullayeva: "Paşinyan getsə belə razılaşma dəyişməyəcək”
Avropada qazın qiyməti sürətlə artır
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ
UEFA-nın Nurlan İbrahimova verdiyi cəza ədalətlidirmi? – ARAŞDIRMA
Putin, Əliyev, Ərdoğan - dəyişikliklər ərəfəsində unikal ittifaq
“Azəriqaz”ın səhvinə görə abonent pul ödəməlidir?
“İgid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkür edirəm”-Mehriban Əliyeva
Hüseynbala Mirələmovun əxlaqsızlığı - VİDEO
{sape_links}{sape_article}