Son dəqiqə
Kriminal
22-12-2020, 18:57
6 503
Azərbaycanlılara işgəncə verən erməni barəsində həbs-qətimkan tədbiri seçildi
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə təqdimat təmin edilib və Lüdviq Mkrtçyan barədə həbs qətimkan tədbiri seçilib.
Ermənistan tərəfində əsir olan azərbaycanlı əsirlərə işgəncə verməkdə təqsirləndirilən Lüdviq Mkrtçyana Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə ittiham verilib.
XeberTv.info