Son dəqiqə
3-02-2021, 17:22
4 284

AZAL Bakı-Moskva reysi ilə bağlı məlumat yaydı - VİDEO

AZAL Bakı-Moskva reysi ilə bağlı məlumat yaydı - VİDEO


Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.

Uçuşlar həftədə iki dəfə - həftənin çərşənbə və bazar günləri “Domodedovo” hava limanına yerinə yetiriləcək.

Həmin reyslərə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında almaq mümkündür.

Bakı-Moskva istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

- Rusiya ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə Rusiya ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilib: https://www.azal.az/az/information/covid-russia;

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilib: https://www.azal.az/az/information/covid-clinics;

Moskva-Bakı istiqamətində reysin sərnişinlərinin nəzərinə:

- Azərbaycana giriş hüququnun olub-olmadığı yoxlanılmalıdır. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı aviaşirkətin saytında aşağıdakı link üzrə qeyd edilib: https://www.azal.az/az/information/covid-azerbaijan;

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində həmçinin QR-kod göstərilməlidir. Bu kod hava limanında qeydiyyat masalarında yoxlanılacaq. QR-kodla arayışlar təqdim edən Rusiya klinikalarının siyahısı ilə həmçinin aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://www.azal.az/az/information/covid-russia. Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə siyahı yenilənəcək.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərarına müvafiq olaraq aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamətin sərnişinləri:

- testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmalıdırlar;

- pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə tanış olmalıdırlar:



XeberTv.info

Digər xəbərlər

İsrail Prezidentinin Türkiyəyə gəldiyi təyyarədə diqqət çəkən detallar
Şəmkirdə karantin rejimini pozaraq qəza törədən şəxslər həbs edilib
Prezindet: "Biz informasiya müharibəsində qələbə qazandıq"
Qəhvə diabetdən qoruyur
Paradda qoşun növlərinə onlar rəhbərlik etdi
Təhsil Nazirliyi sosial şəbəkələrdə yayılan iddialara aydınlıq gətirdi - FOTO
Azərbaycan Həkimləri Birliyi bəyanat yaydı
Bütün pensiyalar bu tarixdə ödəniləcək -
Arutyunyan niyə “atdan” salınıb “eşşəyə” mindirilmir?!
Mayın 31-dək təhsil müəssisələrində iş rejimi müəyyənləşdi
LƏNKƏRAN ŞƏHƏRİ İQTİSADİ İNKİŞAFIN  YENİ YÜKSƏLİŞ DÖVRÜNÜ YAŞAYIR
Etibar Pirverdiyev HƏBS OLUNA BİLƏR
Elman Rüstəmov: “Bütün ərazilərimizdə Azərbaycan manatı işləyəcək”
Daşkəsəndə 69 yaşlı kişi itkin düşdü
“Prezidentin köməkçisi: "Ermənilər Xızı və Abşeron bölgəsinə raket atıb"
Yüksək bal toplayan şagird faciəvi şəkildə öldü
Hazırkı lider 5-ci dəfə prezident seçildi
Ermənistanla sərhədləri müəyyən edən xəritələr... - Video
Tramp hakimiyyətin Baydenə ötürülməsi ilə razılaşdı
“Artım” layihə məkanında Macarıstan istehsalı olan film göstəriləcək
Cəmil Əliyevin XƏRÇƏNG `LARYOK`U: Bəlanı Allah verir... `pul qıransa` odur... - Xəstəliyi də inhisara alıblar...
Düşmənin Ağdərədə yerləşən alaylarını silah-sursatla təmin edən anbar partladı
5.5 bal gücündə ZƏLZƏLƏ
Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur
Azərbaycanda korona bitib? - Nazir
Rusiya MN: “Sülhməramlıların mühasirəyə alınması məlumatı doğru deyil”
Elman Rüstəmov yaxın adamını qalib etdi – Mərkəzi Bankın şübhəli tenderi
Nazirlər Kabinetindən əməkhaqları ilə bağlı QƏRAR
İlham Əliyev Sumqayıtda yeni estakada nasos stansiyasının açılışında - FOTO
Çiyələkdəki böyük təhlükə - XƏBƏRDARLIQ