Son dəqiqə
Video
4-02-2021, 18:38
4 319
Bakıda istismarı dayandırılmış neft quyusunda yanğın - VİDEO
Bakı şəhəri, Qaradağ rayonu ərazisində istismarı dayandırılmış neft quyusunda yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Köpük əmələgətirən maddədən istifadə edilməklə yanğın qısa zamanda söndürülərək ciddi fəsadların qarşısı alınıb.
Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülür.
XeberTv.info