Son dəqiqə
6-12-2021, 10:08
324

Ağdaşda qəbiristanlığda oğurluq edənlər tutuldu

Ağdaşda qəbiristanlığda oğurluq edənlər tutuldu


Ağdaş rayonu Pirəzə kənd qəbiristanlığından məzarların ətrafında olan dəmir məhəccərlərin, eləcə də generator və təmir-tikinti alətlərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayonunun Qarasuçu kənd sakinləri Kənan Həsənov və Abil Bayramov qısa müddət ərazində müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslərin həmkəndliləri Elşad Quliyevlə əvvəlcədən əlbir olub, Ağdaş rayonunun Kotavan və Xınaqlı kəndlərinin örüş sahələrindən iki baş iribuynuzlu heyvanı da oğurladıqları məlum olub. Keçirilmiş tədbirlərlə E.Quliyev də tutularaq istintaqa təhvil verilib.
Həmin şəxslər ifadələrində oğurladıqları dəmir məhəccərləri Şəmkir, iribuynuzlu heyvanları isə K.Həsənovun icarə əsasında idarə etdiyi “Ford” markalı yük avtomobili ilə Bərdə və Gəncə şəhərlərindəki mal heyvan bazarlarına aparıb, orada dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Oğurluq etmələrinə səbəb kimi isə həmin “Ford” markalı avtomobili əvvəlcədən təmir edən ustaya borclu olmalarını əsas gətiriblər.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.




Digər xəbərlər

2 fevral - Azərbaycan Gəncləri Günüdür
Operativ Qərargahdan yarımçıq qərarlar
"Ələ keçirə bilərlər..." - Vətəndaşlara MÜHÜM XƏBƏRDARLIQ!
Oqtay Əsədovun daha bir villası üzə çıxdı – Özəl meşəlik, Qudyalçaya çıxış... - FOTOLAR
Cəbhədə atəşkəs kəskin şəkildə pozulub
Günün qoroskopu - 07.12.2019
Türkiyə Ordusunun tanınmış terrorçunu məhv etməsinin görüntüləri yayılıb - VİDEO
Vətəndaş qəbulundan yayınma üçün GÖZƏL BƏHANƏ: - VİDEO
“Lotu Quli”ni öldürən şəxsə ağır cəza VERİLDİ
Prezident Daşaltıya da getdi - Video
Rusiyalı analitik: “Ermənistan, çox ehtimal ki, cavab reaksiyası gözləyir”
Bu hərbi qulluqçular “İgidliyə görə” medalı ilə təltif olundu - SİYAHI
Zakir Qaralovun şirkətlərinin külli miqdarda vergi borcu üzə çıxdı
Ermənistanda vəzifəlilərin istefası davam edir
Saç salonunun rəhbəri jurnalist vəsiqəsiylə saxlanıldı - Foto
Azərbaycan millisinin futbolçusu 20 yaşında ölüb
“Toylarla bağlı qadağa hər an gələ bilər”
Kişinin başı dəmir barmaqlıqlara ilişib qaldı
Bakıda qadını doğrayıb zibil qutusuna atdılar
ÜST üçüncü dozanın kimlərə vurulmasının tövsiyə olunduğunu açıqlayıb
Cəbhədən son xəbər - Tovuzda sakitlikdir
Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşlarla görüşəcəklər
Rusiya sülhməramlılarını gətirən 12 təyyarə Ermənistana enib
Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşüb
Tədris kurslarının fəaliyyətinə qadağa qoyulur?
Milyonları talayan Barış Demirin “bəraət taktikası”: “BIN GROUP”un sahibindən AĞLASIĞMAZ FƏND
Vilayət Eyvazov Pərvinlə videosu yayılan polisi işdən qovdu - Foto
Bakıda tikinti mafiozu: “Proqress 2016” sakinlərə necə kələk gəlib? — ŞOK VİDEO
Azərbaycanlı biznesmenlərin Qarabağla bağlı susqunluğu...
Avroliqa matçını ilk dəfə qadın baş hakim idarə edəcək
{sape_links}{sape_article}