Son dəqiqə
9-04-2024, 18:57
148

Rüşvət almaqda ittiham olunan sabiq hakimin məhkəməsi başlayır

Rüşvət almaqda ittiham olunan sabiq hakimin məhkəməsi başlayır
Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılıması üçün hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki, Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş Prokurorluq məlumat yayıb. Məlumatda deyilir ki, Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Məhkəmə-Hüquq Şurası ilə birgə araşdırma aparılıb.

İbtidai istintaqla Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Əhmədov Elsun Məzahir oğlunun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvündən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Əhmədov Elsun Məzahir oğlu şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, onun ittiham olunduğu maddənin sanksiyasında 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Elsun Əhmədov 2021-ci ilin fevralında Bərdə rayon Məhkəməsinin hakimi təyin olunub.

Xebertv.info

Digər xəbərlər

Daşkəsəndə QOÇU PEYDA OLUB... -
Bir qrup hərbçi “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib
Gömrükdə “new monopoliya”: Poçt göndərişləri niyə saxlanılır?
Bakıdakı dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxdı - - VİDEO
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti gündəlik yeni-yeni uğurlara nail olur
DİN-dən ƏMƏLİYYAT: 33 kq narkotik, silah-sursat aşkarlandı -
Penitensiar Xidmətin müəssisələrinə şübhəli xidmətlər göstərən MMC-lər kimə məxsusdur -
Hazırda Bakıda 6 dərəcə şaxta var
Putin: "Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək"
Sabah 27 dərəcə isti olacaq
«Guya bu vəzifəli şəxslər öz hesablarına məzuniyyət götürüblər» - QALMAQAL
Lindsi Snelldən Azərbaycana qarşı növbəti təxribat
“B Planı”nı xəyal edənlərə “düz get” təlimatı -
Erməni xisləti özünü göstərdi: Bu dəfə qazaxları hədəfə aldı -
Türk Mediası: “Ermənistan Suriyadan 250 “PKK”  terroçusunu Azərbaycanla döyüşmək üçün gətiib”
Ötən il yol təsərrüfatına 637 min manat zərər dəyib
“Ermənilər öz vətəndaşlarını və ölmüş əsgərlərinin cəsədlərini qəbul etmək istəmir”
Dilqəm Əsgərov: “Hər əlimdən bir barmağımı sındırdılar, elektrik…”
Rəmişə qaraciyər köçürüləcək
Azərbaycanlı pəhləvan növbəti dəfə rusiyalıları heyrətə gətirdi - VİDEO
Bakıda kişi alıqan tapança ilə soyğunçuluq etdi
Fransanın Mərakeşdəki baş konsulu intihar edib
Erməni əsgəri Qarabağdan niyə çıxarılmır? – Bəyanat pozulur
Meqan Markl işçi personalını azad edib
Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib
Aparıcı "Azərlotoreya"ya belə üsyan etdi: İnsanların ümidlərini...  -
Dünya bazarında neft qiymətləri azalıb
Taksi sürücüsü müştərisini bıçaqla təhdid edib quldurluq etdi
Anar Eyvazov: Məğlubiyyətə məhkum edilmiş Ermənistan çıxış yolunu yenə də səhv istiqamətdə görür
İki nəfəri timsah parçaladı - FOTO
{sape_links}{sape_article}