Son dəqiqə
8-02-2020, 10:52
746

Azərbaycan siyasətçiləri necə qorunur? - Partiya sədrləri canını kimə etibar edir?

Azərbaycan siyasətçiləri necə qorunur? - Partiya sədrləri canını kimə etibar edir?



Siyasət ictimai və mənəvi bir vəzifə olduğu kimi, həm də cəsarət tələb edir.

Bəzən siyasətçiləri tək, bəzən isə başqa şəxslərin müşayiətində görürük. Xüsusilə də siyasi proseslərin aktiv olduğu, seçki və digər bu kimi kütləviliyin yaşandığı zamanlarda siyasətçilərin ətrafında onları qoruyan insanları görmək mümkündür.

Maraqlıdır, Azərbaycanda hansı siyasətçilərin mühafizəçisi var? Onlara maaş ödənilirmi, yoxsa könüllülük əsasında işləyirlər?

Cebhe.info siyasətçilərə bu sualla müraciət edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev mühafizəçiyə ehtiyac duymadığını deyib:

“Mühafizəçim yoxdur. Mühafizəçiyə ehtiyacım da yoxdur”.

Müsavat Partiyasının başqanı Arif Hacılı da mühafizəçisinin olmadığını deyib:

“Mənim mühafizəyə ehtiyacım yoxdur”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə sualımıza özünəməxsus cavab verib:

“Mənim mühafizəçim Allahdır”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da mühafizəçisinin olmadığını deyib:

“Mənim mühafizə komandam yoxdur”.

AĞ Partiya başqanı Tural Abbaslı isə bəzən mühafizəyə ehtiyac duyduğunu deyib:

“Əvvəlcədən onu qeyd edim ki, mənim heç bir mühafizəçim yoxdur. Çünki hələlik buna xüsusi bir ehtiyacım da yoxdur. Odur ki, heç kimə də bu işinə görə məvacib vermirəm. Ancaq bəzən elə dönəmlər olub ki, mühafizəyə ehtiyacımız olub. Bu da əsasən bizə qarşı ola biləcək təxribatlarla bağlıdır. Belə hallarda isə ən yaxın dostlarım bu işi üzərlərinə götürüblər. Düşünürəm ki, bu işdə mənəvi bağlılıq olmasa, mühafizə işi də effektiv olmaz. Odur ki, könüllü mühafizəni məvacibli mühafizədən effektiv hesab edirəm. Şükür, hələlik belə bir ehtiyacım yoxdur”.

Digər xəbərlər

İsrail Prezidentinin Türkiyəyə gəldiyi təyyarədə diqqət çəkən detallar
Şəmkirdə karantin rejimini pozaraq qəza törədən şəxslər həbs edilib
Prezindet: "Biz informasiya müharibəsində qələbə qazandıq"
Qəhvə diabetdən qoruyur
Paradda qoşun növlərinə onlar rəhbərlik etdi
Təhsil Nazirliyi sosial şəbəkələrdə yayılan iddialara aydınlıq gətirdi - FOTO
Azərbaycan Həkimləri Birliyi bəyanat yaydı
Bütün pensiyalar bu tarixdə ödəniləcək -
Arutyunyan niyə “atdan” salınıb “eşşəyə” mindirilmir?!
Mayın 31-dək təhsil müəssisələrində iş rejimi müəyyənləşdi
LƏNKƏRAN ŞƏHƏRİ İQTİSADİ İNKİŞAFIN  YENİ YÜKSƏLİŞ DÖVRÜNÜ YAŞAYIR
Etibar Pirverdiyev HƏBS OLUNA BİLƏR
Elman Rüstəmov: “Bütün ərazilərimizdə Azərbaycan manatı işləyəcək”
Daşkəsəndə 69 yaşlı kişi itkin düşdü
“Prezidentin köməkçisi: "Ermənilər Xızı və Abşeron bölgəsinə raket atıb"
Yüksək bal toplayan şagird faciəvi şəkildə öldü
Hazırkı lider 5-ci dəfə prezident seçildi
Ermənistanla sərhədləri müəyyən edən xəritələr... - Video
Tramp hakimiyyətin Baydenə ötürülməsi ilə razılaşdı
“Artım” layihə məkanında Macarıstan istehsalı olan film göstəriləcək
Cəmil Əliyevin XƏRÇƏNG `LARYOK`U: Bəlanı Allah verir... `pul qıransa` odur... - Xəstəliyi də inhisara alıblar...
Düşmənin Ağdərədə yerləşən alaylarını silah-sursatla təmin edən anbar partladı
5.5 bal gücündə ZƏLZƏLƏ
Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur
Azərbaycanda korona bitib? - Nazir
Rusiya MN: “Sülhməramlıların mühasirəyə alınması məlumatı doğru deyil”
Elman Rüstəmov yaxın adamını qalib etdi – Mərkəzi Bankın şübhəli tenderi
Nazirlər Kabinetindən əməkhaqları ilə bağlı QƏRAR
İlham Əliyev Sumqayıtda yeni estakada nasos stansiyasının açılışında - FOTO
Çiyələkdəki böyük təhlükə - XƏBƏRDARLIQ