Son dəqiqə
20-02-2020, 12:01
579

Bəzi yerli icra strukturlarından narazılıq: - “Məmurlar şikayətçiləri qəbul etmir…”

Bəzi yerli icra strukturlarından narazılıq: - “Məmurlar şikayətçiləri qəbul etmir…”

2019-cu ildə Prezident Administrasiyasına paytaxt Bakı daxil olmaqla, əksər rayonlardan xeyli müraciət daxil olub. Ötən il ərzində Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 67,9 faizi ərizə, 31,8 faizi şikayət, 0,3 faizi isə təklifdir. Bu barədə PA-nın Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib.

Vurğulanıb ki, müraciətlərin çox olmasının həm obyektiv, həm də subyektiv səbəbləri var: “Administrasiyaya daxil olan müraciətlər hərtərəfli öyrənilir. Bu, onların yaranma səbəblərini aşkarlamağa, lazım gəldikdə, müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlər görməyə və yaxud mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinə baxılması ilə bağlı müvafiq tövsiyələrin verilməsinə imkan yaradır”.

Lakin məqalədə narahatlıq doğuran başqa məsələ də diqqətə çatdırılıb: “Vətəndaşlar yerli qurumlarda həll olunmalı, yaxud izahat verilməli məsələlər barəsində Prezident Administrasiyasına yazırlar. Bir sıra şəhər və rayonlarda bu rəqəm daha yüksəkdir”. Ekspertlərin fikrincə, şikayətlərin birbaşa mərkəzə ünvanlanması yerlərdə əhalinin müraciətinə məhəl qoyulmadığını göstərir.

Narahatlıq doğuran məqamı “Şərq”ə dəyərləndirən AVCİYA-nın eksperti, tarixçi-alim Məhərrəm Zülfüqarlı deyib ki, ABŞ-da prezident ancaq xarici siyasətlə məşğul olur. Yəni daxildə yerli özünüidarə mexanizmi elə qurulub ki, sakinlər yerli idarə orqanlarının rəhbərlərini özləri seçirlər və problemlərinin həllini tələb edirlər. Bu sistem dövlət başçısının işini yüngülləşdirir:

“Azərbaycanda idarə sistemi prezidentli respublikadır. Düzdür, Amerikada da prezident-üsul idarəsidir. Problem ondadır ki, bizdəki yerli strukturlar işləmir. Xüsusilə, icra hakimiyyətləri vəzifələrinin öhdəsindən gələ bilmirlər. Yerlərdə şikayətçiləri qəbul etmir, onların problemlərini dinləmirlər. Yəni Prezidentin siyasətinə və islahatlarına dəstək vermirlər. Amma müşavirələrdə boğazdan yuxarı danışaraq, yerlərdə hər şeyin yaxşı olduğunu iddia edirlər. Ona görə də bölgələrdə mövcud olan bütün problemlər Bakıya, nazirliklərə və Prezident Administrasiyasına yönəlir. Bu da haqlı olaraq vətəndaşlarda narazılıq yaradır. Elə bir işlək mexanizm tapmaq lazımdır ki, yerlərdə işləməyən strukturlar ya təkmilləşsin, ya da yeniləri ilə əvəzlənsin. Belə olarsa, Prezident Aparatına da çox yük düşməz”.

Ekspertin sözlərinə görə, yerlərdə ən böyük problem işsizlikdir:

“Əhalinin işlə təmin olunmasında problemlər mövcuddur. Prezident dəfələrlə bəyan edib ki, yerli icra hakimləri bölgəyə yeni investisiyalar cəlb etməlidir. Heç bir rayon rəhbəri indiyə kimi bunu reallaşdıra bilməyib. Onlar Prezidentə hesabat verməlidirlər ki, niyə verilən tapşırığı zamanında icra etməyiblər. Bəzi icra hakimləri təyin olunduqları yerə ögey münasibət bəsləyir. Öz şəxsi mənafelərini güddükləri üçün kənardan iş imkanları gətirən adamlara imkan yaratmırlar. Normal halda rayon rəhbəri bölgəyə gələn investora şərait yaratmalı və sevinməlidir. Amma əksər hallarda icra hakimiyyətləri investorlardan başqa şeylər tələb edir. Nəticədə kənardan gələn iş adamları çıxıb gedirlər. Buna son qoymaq lazımdır”.

M.Zülfüqarlı bildirib ki, Mingəçevirdə, Gəncədə, Sumqayıtda, Lənkəranda, Şirvanda, Daşkəsən və digər böyük şəhərlərimizdə xaricdən gələn biznesmenlərin iş yerləri açması dövlətə nə qədər böyük kömək deməkdir:

“Bölgələrdə iş yerlərinin açılması Bakıdan bölgələrə əhalinin bir hissəsinin qayıtmasına səbəb olar. Belə addımlarla mərkəzin yükünü xeyli azaltmaq mümkündür. Əfsuslar olsun ki, yerli strukturların rəhbərləri öz kabinetlərində oturur, qapıları bağlayır və heç kimlə hesablaşmırlar. Bu cür icra hakimlərinin səlahiyyətləri əllərindən alınaraq xalqın seçdiyi bələdiyyələrə verilməlidir. Bələdiyyələrin nüfuzu nə qədər böyük olarsa, yerlərdəki problemlər bir o qədər az olar”.

Digər xəbərlər

Düşmənin açıqladığı itki sayı 1300-ü ötdü
Serialdakı lüt qızlara görə sevgilisinə qadağa qoydu - Gündəmə çevrilən şərh - FOTO
Çempionlar Liqasında 4-cü tura start verildi: Nəticələr
Zaqatalada kişi arvadını balta ilə öldürdü
Göyçay icra başçısının köməkçisi barəsində həbs qətimkan tədbiri seçilib
Bakıda “Toyota” “KamAZ”la toqquşdu: Ölən var
Mikrofonun açıq qaldığını unudan sədr müavini deputatı təhqir etdi - VİDEO
Rəşad Tağıyev: “Hibrid formada təhsilin müəllimlərin maaşına heç bir təsiri yoxdur”
Qənirə Paşayeva Türkiyə səfiri  ilə görüşüb
Neftin qiyməti ucuzlaşıb
Dövlət mağazalarında siqaret yoxa çıxdı, özəl mağalarda isə ən ucuzu 100 manata...
Prezidentdən Abel Məhərrəmovun oğlu ilə bağlı SƏRƏNCAM
Penitensiar sistemdə rüşvətə MÜVƏQQƏTİ QADAĞA... - daimi olaydı kaş...
Deputat: “Ali Baş Komandana “Ordu Marşalı” adı verilsin”
Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi yubiley medalı təsis ediləcək
İlin ilk Ay tutulması hadisəsi başa çatıb -
Tanınmış həkim koronavirusdan ölüb - FOTO
Çingiz Qənizadə Kəlbəcərdə minaya düşən jurnalistlərdən danışdı
Corablarını qurutmaq üçün qazana qoyub, yatdı - Bakıda yanğın təşvişi
İçərişəhərdə təmir və bərpa işləri ilə bağlı son durum
“Şəhərdaxili nəqliyyatdan istifadə edənlərin sayı azalıb”
Etibar Pirverdiyev HƏBS OLUNA BİLƏR
Almaniya Ermənistanı darmadağın etdi
Borca görə sevgilisinə qəsd edən qadına hökm oxundu -
İlham Əliyev: “Hesab edirəm ki, atəşkəs çağırışları sadəcə çağırış olmamalıdır”
Bakıda qadını doğrayıb zibil qutusuna atdılar
Vladimir Solovyov: " İlham Əliyev Azərbaycanın milli qəhrəmanıdır"
Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdə buraxılış və qəbul imtahanları keçiriləcək
Ağalar müəllim deputatdır... hər halda məhkəmədə onun SÖZÜ KEÇƏR...
Vüsalın şəkli vurulan “Topçu” arağı müzakirə yaratdı - FOTO
{sape_links}{sape_article}