Son dəqiqə
6-03-2020, 14:40
647

“Avromed” 17 milyon ədəd tibbi maskanı kimə satıb? –KORONOVİRUSU PULA ÇEVİRƏNLƏR

“Avromed” 17 milyon ədəd tibbi maskanı kimə satıb? –KORONOVİRUSU PULA ÇEVİRƏNLƏR

Çində baş qaldıran və bu gün dünyanın 80 ölkəsini əhatə edən koronovirus epidemiyası bir çoxları üçün ciddi gəlir itkisi olsa da, bəziləri üçün asan qazanc mənbəyinə çevrilib. Daha doğrusu, işbazlar yaranmış fürsəti əldən verməyərək, gedişatı özlərinin qazanc yerinə çeviriblər.

JAMAZ.İNFO xəbər verir ki, koronovirusla bağlı ilk fakt ortaya çıxdıqdan sonra Azərbaycanda fəaliyyət göstərən və ölkənin ən aparıcı dərman satışı firması olan “Avromed” digər şirkət və firmalardan çox ucuz qiymətə tibbi maskaları və tibbi spirti alaraq, anbarlarına yerləşdirib. Bununla bağlı apardığımız araşdırma zamanı məlum olub ki, təkcə, daxili bazarda anbarlarda qalmış 20 milyon ədədə yaxın tibbi maska sözügedən şirkət tərəfindən alınıb. Həmin ərəfədə qonşu ölkələrdən də nə qədər tibbi maska alındığı məlum deyil.

Beləliklə, ilkin mərhələdə qıtlığın yaradılmasına nail olunub. Ardından isə həmin qıtlığı pula çevirməyə başlayıblar. Və bunu təkcə daxili bazarlarla deyil, həm də dövlət qurumlarının xətti ilə reallaşdırıblar. Bbu barədə bir qədər sonra.

Araşdırmalara görə, “Avromed” əsas inhisarçı kimi çıxış edərək, bazarı tam nəzarətinə almağa nail olub. Və maraqlıdır ki, həmin tibbi maskaların son bir ayda satış həcmi 17 milyon ədəd hesab olunur.

Sual oluna bilər ki, Azərbaycanın daxilində bu qədər tibbi maskanın istifadə olunması bir qədər imkansızdır. Elə “Avromed” də bunu hesablayaraq, xaricdə yaranacaq ehtiyacı da nəzərə alaraq, böyük pullar qazanmaq məqsədi ilə həmin məhsulları toplayıb.

Əldə etdiyimiz məlumatlara görə, “Avromed” indiyə qədər satdığı 17 milyon ədəd tibbi maskanın birini 4.5 qəpiyə əldə edib. Lakin onu ən minimum 25-30 qəpiyə satdırır. Və bu qədər tibbi maskanın təxminən 80 faizi xarici ölkələrə birbaşa və dolayı yolla göndərilib. Daha doğrusu, satılıb. Məsələn, Bakıda 4.5 qəpiyə alınmış tibbi maskanı Honq Konqa 52 sentə satmağın nə qədər qazanc gətirdiyini düşünmək elə də çətin deyil. Və ya müxtəlif İcra Hakimiyyətinə, hətta SOCAR və digər dövlət qurumlarına tibbi maskaların satışını da məhz “Avromed” həyata keçirib. Sumqayıt İcra Hakimiyyətinin Çinə göndərdiyi tibbi maska və spirtin hamısı da məhz sözegdən şirkətdən alınıb.

Düzdür, İqtisadiyyat Nazirliyi baha qiymətə satılan tibbi maska və spirtlə bağlı təcili yoxlamalara başlayıb. Artıq apteklərdə tibbi maskaların satış qiyməti 25 qəpikdən baha deyil. Ancaq buna qədər zəruri olan iş görülüb. 17 milyon ədəd yaxın tibbi maska dəyərindən 15-20 dəfə bahasına satılıb. Və orta hesabla bu da sözügedən şirkətə 10 milyon manatdan çox gəlir gətirib.

Qeyd edək ki, “Avromed” şirkətinin rəhbəri hazırda deputat olan Cavanşir Feyziyevdir. O seçkilərdən dərhal sonra şirkət rəhbərliyindən getdiyini açıqlayıb və yerinə “ASAN Xidmət”də çalışan bir gənci gətirib. Lakin bu formal xarakter daşıyır və şirkəti də faktiki özü idarə edir.

JAMAZ.İNFO

Digər xəbərlər

Bakıda bu yollara asfalt salınır - Fotolar
Bakıda keçmiş məhkumdan tapança götürülüb
Prezident İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub -
Günün qoroskopu -  20.12.2019
Sərbəst güləş üzrə milli komandamızda kütləvi yoluxma aşkarlandı
68 il sonra bir ilk: Amerikada qadın məhkum edam olunacaq
Aeroport yolunda mikroavtobus elektrik dirəyinə çırpılıb
Prezident FHN və DSX rəislərini də tənqid etdi
Tarix İnstitunun direktoru vəzifəsindən azad edildi
"Onu sevirəm" - Dilarə
Pelenin vəziyyəti yenidən pisləşib
Hakim Sarqsyanın şikayətini rədd etdi
Düşmən yaşayış məntəqələrimizi atəşə tutub
Dünya bazarında neft qiymətləri
Baş qəhrəmanlar serialdan gedirlər
Milli Qəhrəman Polad Həşimov doğum günündə məzarı başında anıldı - FOTO
Bakıda 63 yaşlı kişi özünü binadan ataraq intihar etdi
İstanbulda kitabxanaya şəhid Polad Həşimovun adı veriləcək
Bakıda vəzifəli şəxs indi küçələrdə yaşayır: “O səhv həyatımı alt-üst etdi” — VİDEO
Ağstafada şəhid adına sayğısızlıq... - FAKT
Ermənilər maşınla yol gedən qadınla kişini yaraladı
Ölkədə benzin və dizel satışları artıb - FOTO
Səlim Müslümovun yüksək vəzifə tutan qohumu işdən çıxarıldı - FOTO
Şəhid Şahgündüz Cabbarovun "Gözləyin dağlar, gəlirəm" kitabının təqdimatı olub... - FOTO - VİDEO
Bu günə olan valyuta məzənnələri
Apteklərdəki "koronavirus paketi" virusa təsir etmir, biznes marağıdır - Professor
MEDİA saytlar üçün müsabiqə elan etdi
Azərbaycanda qalmış 228 nəfər Rusiya vətəndaşı geri göndərilib
Bu məktəbdə zəng Xudayarın ifasıyla əvəzləndi - VİDEO
Müharibə veteranına şəxsi maşınını yuduzduran rəisdən Kəmaləddin Heydərova şikayət edən zabitin özünü işdən çıxardılar –
{sape_links}{sape_article}