Son dəqiqə
Dünya / Video
12-09-2020, 20:18
947
Türkiyədə dəhşətli qum fırtınası meydana gəldi - VİDEO
Türkiyənin paytaxtı Ankara şəhərində qum fırtınası olub.
XeberTv.info türk mediasına istinadən məlumat verir ki, hadisə paytaxtın Polatlı rayonunda başlayıb.
Verilən məlumata görə, qəfildən qaralan havanın ardından ətraf bir anda fəlakət meydanına çevrilib. Fırtınanın Polatlıdan əlavə şəhər mərkəzində də ciddi şəkildə hiss olunduğu bildirilib.
Hadisə ilə bağlı açıqlama verən bələdiyyə sədri Vasip Şahin, fırtına zamanı ölənlərin olmadığını, 6 nəfərin isə yüngül xəsarət aldığını qeyd edib.