Son dəqiqə
21-12-2020, 14:43
6 174

"İqtidarın əldə etdiyi uğurları Sahil Babayev kimi nazirlər gözdən salır"

"İqtidarın əldə etdiyi uğurları Sahil Babayev kimi nazirlər gözdən salır"


Son günlərdə tənqid olunan qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bir çox insanlar təqaüdlərin və müavinətlərin verilməsində nazirlik tərəfindən yol verilən süründürməçilik hallarından narazıdır. Bundan əlavə, son günlər sosial şəbəkələrdə şəhid və qazi ailələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin etinasız yanaşması ilə bağlı fikirlər də səsləndirilir.

XeberTv.info-nun məlumatına görə, mövcud problemlə bağlı Konkret.az-la fikirlərini bölüşən Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işinin öhdəsindən gələ bilməməsi xüsusi təəssüf doğuran məsələdir: “Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial durumu aşağı olan ailələrlə işləyir. Ona görə də nazirlik digər qurumlardan fərqli olaraq nəinki daha keyfiyyətsiz, əksinə dinamik və sürətli fəaliyyət göstərməlidir. Bu baxımdan qeyd olunan problemlərin aradan qaldırılması üçün həm nazirlik strukturlarında müəyyən dəyişikliklərin aparılması, eləcə də struktur islahatlarının həyat keçirilməsi mümkündür”.

Ağ Partiyanın sədri Tural Abbaslı vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bir imza ilə bu vəzifəyə təyin olunubsa, bu formada da göndərilə bilər: “Sahil Babayevin özü də yeni kadrdır. Onun gördüyü işlər xalqda heç vaxt müsbət fikir formalaşdırmadı. Bilirsiniz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsasən cəmiyyətin ən həssas təbəqəsi ilə işləyən qurumdur. Burada daha çox bu insanların dərdini bilən, problemlərinin həllinə çıxış yolu axtaran, qabiliyyətli və bacarıqlı insanlar lazımdır. Amma təəssüf ki, bizim bu məsələdə heç vaxt bəxtimiz gətirməyib. Mən düşünürəm ki, Sahil Babayevin həvəsi olsaydı, nələrisə düşünüb reallaşdıra bilərdi.

Bu gün adi insanlar arasında sorğu keçirsək, görərik ki, Sahil Babayev deyən kimi onların ağlına 190 manat məsələsində vətəndaşları prosesdən uzaq saxlamaq üçün uydurulan bəhanələr və yalanlar gələcək. Ən önəmlisi isə şəhid ailələri və qazilərimizə olan diqqətsizlik, qayğısızlıq yada düşəcək. Bu gün hələ də şəhid ailələri və qazilərimiz lazım olan sənədləri qapı-qapı gəzərək özləri yığaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər ki, dövlətin təyin etdiyi təqaüdü və pensiyanı ala bilsinlər. Bu biabırçılıqdır. Nazirlikdə bir insan tapılmır ki, bu işlərlə məşğul olsun. Qazilərin dərman, xəstəxana və sosial problemləri nazirlik tərəfindən həll edilmir. Ola bilər ki, belə sistem olmasın və dövlətin maddi imkanları çatmaya bilər. Hansı ki, bu problemlər var”.

Partiya sədri daha sonra bunları vurğulayıb: “Bu illər ərzində göründü ki, Sahil Babayevdə mövcud problemləri həll etmək üçün istək və həvəs yoxdur. O, nə vaxt ağzını açsa, ancaq bəhanələr dilə gətirir. Çünki onda işləmək üçün həvəs yoxdur. Ona görə də bu insan istefaya göndərilməlidir. Sahil Babayevdən tək sadə vətəndaşlar narazı deyil. Mənə kütləvi müraciətlər var ki, Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4-5 minə yaxın işçısini heç bir əsas göstərmədən və hamısına standart bəhanələr yazaraq işdən çıxarıb. Hansı ki, o insanların çoxusu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ilk gündən işləyən və bu sistemi bilən şəxslər idi. Ona görə də düşünürəm ki, Sahil Babayevin yerinə bu işi bilən, xalqına can yandıran, çıxış yollarını axtaran nazirin təyin edilməsini çox istərdim. Mən müxalifətəm. Bu gün tənqid etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaxşı obyektdir. Amma iqtidar düşünməlidir ki, onun müharibə dövründə əldə etdiyi uğurları belə yarıtmaz nazirlər gözdən və dəyərdən salır. Xalqın yanında qazandıqları bütün müsbət qiymətləri sıfıra endirir. Ona görə də iqtidar belə yüklərdən nə qədər tez canını qurtarsa, bir o qədər yaxşıdır. Tək Sahil Babayev deyil, bir çox məmurlar var ki, onlardan can qurtarmaq vaxtıdır”.

Digər xəbərlər

Eduard Vartanyan: “Cəbrayılda erməni əsgəri, zabiti və generalları döyüş meydanından qaçdı”
Dilqəm Əsgərov və Şahbaz Quliyev də Azərbaycana təhvil veriləcək? – AÇIQLAMA
“İran Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edir. Buna son qoyulmalıdır...”
Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 103-cü ildönümüdür
İlham Əliyev Sevda Ələkbərzadəyə ev verdi
“Qaçqınkom”dan aylıq müavinətdən “YAŞAT”a 5 manat tutulması ilə bağlı xəbərlərə - Reaksiya
İşlətdiyi işçilərin haqqını yeyib... - NARAZILIQ...
Nazir: "Azad olunmuş ərazilərdə müəllimlərə güzəşt olacağı hələ müzakirə olunmur"
Cəbhədə gərginlik: 5 rayonumuz atəşə tutuldu
"Müəlliməm zəng edib anama dedi ki, qızın burada oğlanlarla..." - İntihar edən 5-ci sinif şagirdi
Gənc nazirimizin buralardan XƏBƏRİ VARMI? - VİDEO
AzTV keçmiş əməkdaşının ittihamları ilə bağlı açıqlama yaydı
Mehdiyevin “qara kassası” niyə həbs olundu? – Pərdəarxası
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı
Tahir İmanov arzusuna çatdı: Mərkəzi küçəyə babasının adı verildi
Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başladı
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Prezidentin köməkçisi: “Ballistik raketlər Gəncəyə Ermənistan ərazisindən atılıb”
Prezidentin nəvəsindən Qara Qarayevə dəstək – FOTO
Düşmənin Suqovuşanda atıb qaçdığı silah-sursat aşkarlandı
Prezident düşmənin məhv edilən texnikasının tam siyahısını açıqladı
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev saxlanıldı
"Qarabağda Putinə ediləcək kiçik güzəşt - gələcək təhlükələrin böyüyəcəyi deməkdir..."
Vilyam Hacıyevin mənzili və xidməti otağından nə qədər vəsait aşkarlanıb? - İTTİHAM AKTI
İngiltərə Premyer Liqası “Çelsi”nin satışını təsdiqlədi
Əhəd Abıyev bu rayona icra başçısı göndərilir?
Şair İsmayıl Dadaşov vəfat etdi
Talan edilən Şəmkir... - İTTİHAM
Müdafiə nazirinin müavinləri azad edilmiş ərazilərdə olub -
Balqabaq yağının faydaları və zərərləri - Öd daşı olanlar, ehtiyatlı olun!
{sape_links}{sape_article}