Son dəqiqə
6-01-2021, 09:51
5 930

Şeyximizin çoxspektrlı biznesinin daha bir qolu üzə çıxdı - Bu sərvətlə bir dəfədə şəhid qapısı açmayıb VİDEO

Şeyximizin çoxspektrlı biznesinin daha bir qolu üzə çıxdı - Bu sərvətlə bir dəfədə şəhid qapısı açmayıb VİDEO


Qafqazın Şeyxi Allahşükür Paşazadə 2020-ci ili də pis başa vurmadı. Dünyada pandemiya, Azərbaycanda 44 gün müharibə olsa da, bu çətinliklər Şeyxin biznesinə mənfi təsir göstərməyib.

Aşağıda sizlərə təqdim etdiyimiz Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) sədrinin Qusarda yerləşən bağlarının video görüntüləri də bunu təsdiq edir.

A.Paşazadənin Qusarın kəndlərinin birində hektarlarla geniş bağlarının olduğunu video kadrlardan görmək mümkündür. Təqdim edəcəyimiz görüntülərin arxasında danışan şəxs bildirir ki, Şeyxin burada bağları var.

Əlbəttə, QMİ sədrinin biznes kəhkəşanı həmişə inkişafda, rentabelli olub. Onun çadır biznesindən tutmuş xaricdəki əmlaklarına qədər geniş, əhatəli məlumatlar üzə çıxarılıb.

Ona bizneslə məşğul olmaq qadağan deyil. Çünki məmur sayılmır, dövlət qulluğunda işləmir, QMİ ictimai qurumdur, yəni, şirkətləri, obyektləri ola bilər. Ancaq sual yaranır ki, Qafqazın Şeyxinin, bir din xadiminin bu imkanları haradandır, Qusarda bağları necə salıb?

Videoda çıxış edən şəxsin sözlərinə görə, A.Paşazadə əraziləri kəndlilərdən alıb, özəlləşdirib və şəxsi bağlarını yaradıb. Bu da böyük vəsait tələb edir. Ancaq görünür QMİ sədrinin imkanları hüdudsuzdur.

O dərəcədə sərhədlər tanımır ki, Paşazadənin Çexiyada, Karlovı-Varıda əmlakları var. Şeyxülislam bu günə kimi nə vergi orqanlarına, nə Maliyyə Nazirliyinə, nə cəmiyyətə hesabat verməyi özünə borc bilib.

A.Paşazadə and-aman edirdi ki, onun heç yerdə mal-mülkü, biznesi yoxdur. Ancaq nəinki özünün, oğlunun da şirkətləri fəaliyyətdədir. Məhəmməd Paşazadə “BAQİ” MMC-nin təsisçilərindən biridir. O, həm də “PLAST-KABEL” MMC-nin həmtəsisçisidir.

Habaelə, Paşazadənin qızının Nərimanov rayonunda 5000 kv.metrlik villası var. Bu barədə jurnalist Həbib Müntəzir yazmışdı. Villanın ərazisi 5 min kv.metrdir. Həyətində gümbəzli külafirəngi (daş balkonu) da var. İndi sual olunur ki, Şeyx aylıq nə qədər qazanır ki, bu böyüklükdə villaya sahibidir?

Hətta bir neçə il öncə akademik Ramiz Hacılı M.Nağıyev küçəsi 1-ci döngə ünvanında yerləşən həmin torpaq sahəsinin Kafiyə Allahşükür qızı Paşazadə tərəfindən mənimsənilməsi və yerində villa tikilməsi ilə bağlı mətbuata şikayətlər yazıb.
Və bunların qarşılığında Şeyx həzrətləri bəyan edir ki, vicdanın nə olduğunu bilmir. Vicdan elə düz danışmaqdır.

Yenə sübut lazımdırsa, xatırlada bilərik: Marketa Şpişakova adlı çex qadın Şeyxülislam Allahşükür Paşazadənin şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Paşazadənin Karlovı Varıda açdığı “Aynur KV” şirkətinin ortağı olub.

İndisə yeni məlum olur ki, QMİ sədrinin həm də Qusarda bağları var imiş və Paşazadə 2020-ci ildə öz biznesini genişləndirib, inkişaf etdirib. Yeri gəlmişkən, Anaxeber.info bunu da qeyd etməyi zəruri bilir - 44 günlük Vətən müharibəsində çox hörmətli Şeyxin bu yöndə açıqlamalarını, aktiv fəaliyyətini görə bilmədik.

Əslində bir ziyalı, böyük din xadimi, xalqın həmişə ehtiram göstərdiyi şəxs kimi Qarabağın azad olunduğu günlərimizdə dəstək verməli, çıxışlar etməli, orduya, xalqa dualarını əsirgəməməli idi.
Ancaq QMİ sədri gözə dəymədi. Hətta bundan qabaq 14 iyul hadisələrində də Paşazadə ortalıqda görünmədi. Bütün buna baxmayaraq, ən azı Şeyx şəhidlərin dəfnində iştirak etməli, ailələrindən bir neçəsinə baş çəkməli, heç olmasa bu savaşda böyük hünər, qəhrəmanlıq göstərən öz doğma talış bölgəsinin, Lənkəranın şəhid verən ailələrinə getməli, çıxışlar etməliydi. Biz əsla A.Paşazadənin içində Qarabağ sevgisinin, şəhidlərə laqeydliyin olduğunu düşünmürük.

O, vətənpərvər insandır, həmişə fəal nümayiş etdirib, xalqın ağrılı günlərində yanında olub, qabağa çıxıb, xalqa səsini eşitdirib. Lakin biz tarix yazdıq, Ordumuz qalib gəldi, 27 illik işğala son qoyuldu, Şeyx isə hələ də bəyanatı ilə diqqət çəkməyib.

QMİ sədrini hamı Ağdam məscidində namaz qılan yerdə, Şuşada Gövhər Ağa məscidində dualar oxuyan məqamda gözləyirdi. Çox nüfuzlu şəxsiyyət olan, Qafqazda böyük hörmətə malik, dinlərarası münasibətlərin inkişafına töhfə vermiş, məzhəb gərginliyinə imkan verməmiş Şeyxülislamın Vətən müharibəsində və sonrakı tarixdə davranışları izaholunmazdır.(anaxeber.info)



XeberTv.info

Digər xəbərlər

İsrail Prezidentinin Türkiyəyə gəldiyi təyyarədə diqqət çəkən detallar
Şəmkirdə karantin rejimini pozaraq qəza törədən şəxslər həbs edilib
Prezindet: "Biz informasiya müharibəsində qələbə qazandıq"
Qəhvə diabetdən qoruyur
Paradda qoşun növlərinə onlar rəhbərlik etdi
Təhsil Nazirliyi sosial şəbəkələrdə yayılan iddialara aydınlıq gətirdi - FOTO
Azərbaycan Həkimləri Birliyi bəyanat yaydı
Bütün pensiyalar bu tarixdə ödəniləcək -
Arutyunyan niyə “atdan” salınıb “eşşəyə” mindirilmir?!
Mayın 31-dək təhsil müəssisələrində iş rejimi müəyyənləşdi
LƏNKƏRAN ŞƏHƏRİ İQTİSADİ İNKİŞAFIN  YENİ YÜKSƏLİŞ DÖVRÜNÜ YAŞAYIR
Etibar Pirverdiyev HƏBS OLUNA BİLƏR
Elman Rüstəmov: “Bütün ərazilərimizdə Azərbaycan manatı işləyəcək”
Daşkəsəndə 69 yaşlı kişi itkin düşdü
“Prezidentin köməkçisi: "Ermənilər Xızı və Abşeron bölgəsinə raket atıb"
Yüksək bal toplayan şagird faciəvi şəkildə öldü
Hazırkı lider 5-ci dəfə prezident seçildi
Ermənistanla sərhədləri müəyyən edən xəritələr... - Video
Tramp hakimiyyətin Baydenə ötürülməsi ilə razılaşdı
“Artım” layihə məkanında Macarıstan istehsalı olan film göstəriləcək
Cəmil Əliyevin XƏRÇƏNG `LARYOK`U: Bəlanı Allah verir... `pul qıransa` odur... - Xəstəliyi də inhisara alıblar...
Düşmənin Ağdərədə yerləşən alaylarını silah-sursatla təmin edən anbar partladı
5.5 bal gücündə ZƏLZƏLƏ
Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur
Azərbaycanda korona bitib? - Nazir
Rusiya MN: “Sülhməramlıların mühasirəyə alınması məlumatı doğru deyil”
Elman Rüstəmov yaxın adamını qalib etdi – Mərkəzi Bankın şübhəli tenderi
Nazirlər Kabinetindən əməkhaqları ilə bağlı QƏRAR
İlham Əliyev Sumqayıtda yeni estakada nasos stansiyasının açılışında - FOTO
Çiyələkdəki böyük təhlükə - XƏBƏRDARLIQ