Son dəqiqə
11-01-2021, 15:59
5 077

Bu çirkab suları Pirşağı çimərliyinə axıdılır - VİDEO

Bu çirkab suları Pirşağı çimərliyinə axıdılır - VİDEO


Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində çirkab sularının dənizə axıdılması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Bu barədə bloger-səyyah Emin Dostyari tərəfindən instaqram hesabında paylaşım edilib. Görüntülərdən aydın olur ki, ətraf kəndlərin tullantı suları Pirşağıda iri borular vasitəsilə Xəzərə axıdılır.

Bloger bildirir ki, çirkab suları yaxınlıqda Pirşağı çimərliyindən istifadə edən əhali üçün ciddi təhlükə yaradır: “Ətraf kəndlərin çirkab suları bu əraziyə axır. Suda olan qalın köpük onun işarəsidir ki, tərkibində külli miqdarda kimyəvi maddə var. Yaxınlıqda Pirşağı çimərliyi və Lahıc bağları yerləşir. İllərdir insanlar bu çimərliyə gəlirlər. Xəbərləri də yoxdur ki, çirkab suların yaxınlığında üzürlər. Bir neçə ildir ki, tullantı suları bu şəkildə axır və heç kim də əlac eləmir. Balıqçılar deyirlər ki, artıq buradan balıq tutmaq mümkün deyil. Ərazidə suiti və balıqların kütləvi ölümü müşahidə olunur. Bu sulardan tutulan balıqların yeyilməsi təhlükəlidir”.

Bloger bildirir ki, digər təfdən, torpaq çirkab sulardakı kimyəvi maddələri canına çəkir. Nəticədə içməli su ehtiyatı da zərər görür.

Bu problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, artıq bu məsələ ilə bağlı araşdırmalara başlanılıb. (qafqazinfo)



XeberTv.info

Digər xəbərlər

İsrail Prezidentinin Türkiyəyə gəldiyi təyyarədə diqqət çəkən detallar
Şəmkirdə karantin rejimini pozaraq qəza törədən şəxslər həbs edilib
Prezindet: "Biz informasiya müharibəsində qələbə qazandıq"
Qəhvə diabetdən qoruyur
Paradda qoşun növlərinə onlar rəhbərlik etdi
Təhsil Nazirliyi sosial şəbəkələrdə yayılan iddialara aydınlıq gətirdi - FOTO
Azərbaycan Həkimləri Birliyi bəyanat yaydı
Bütün pensiyalar bu tarixdə ödəniləcək -
Arutyunyan niyə “atdan” salınıb “eşşəyə” mindirilmir?!
Mayın 31-dək təhsil müəssisələrində iş rejimi müəyyənləşdi
LƏNKƏRAN ŞƏHƏRİ İQTİSADİ İNKİŞAFIN  YENİ YÜKSƏLİŞ DÖVRÜNÜ YAŞAYIR
Etibar Pirverdiyev HƏBS OLUNA BİLƏR
Elman Rüstəmov: “Bütün ərazilərimizdə Azərbaycan manatı işləyəcək”
Daşkəsəndə 69 yaşlı kişi itkin düşdü
“Prezidentin köməkçisi: "Ermənilər Xızı və Abşeron bölgəsinə raket atıb"
Yüksək bal toplayan şagird faciəvi şəkildə öldü
Hazırkı lider 5-ci dəfə prezident seçildi
Ermənistanla sərhədləri müəyyən edən xəritələr... - Video
Tramp hakimiyyətin Baydenə ötürülməsi ilə razılaşdı
“Artım” layihə məkanında Macarıstan istehsalı olan film göstəriləcək
Cəmil Əliyevin XƏRÇƏNG `LARYOK`U: Bəlanı Allah verir... `pul qıransa` odur... - Xəstəliyi də inhisara alıblar...
Düşmənin Ağdərədə yerləşən alaylarını silah-sursatla təmin edən anbar partladı
5.5 bal gücündə ZƏLZƏLƏ
Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur
Azərbaycanda korona bitib? - Nazir
Rusiya MN: “Sülhməramlıların mühasirəyə alınması məlumatı doğru deyil”
Elman Rüstəmov yaxın adamını qalib etdi – Mərkəzi Bankın şübhəli tenderi
Nazirlər Kabinetindən əməkhaqları ilə bağlı QƏRAR
İlham Əliyev Sumqayıtda yeni estakada nasos stansiyasının açılışında - FOTO
Çiyələkdəki böyük təhlükə - XƏBƏRDARLIQ