Son dəqiqə
25-01-2021, 09:57
6 099

İcra başçısının otağından 50 min pul oğurlandı: Yevlaxda görünməmiş olay - VİDEO

İcra başçısının otağından 50 min pul oğurlandı: Yevlaxda görünməmiş olay - VİDEO


Yevlax İcra Hakimiyyətinin inzibati binasında oğurluq olub.

XeberTv.info Reportaj.tv-yə istinadən məlumat verir ki, Yevlax Rayon icra hakimiyyətinin başçısı Anar Tağıyevin küllü miqdarda pulu oğurlanıb.

Başçının köməkçisinin otağından 50 min manat yoxa çıxıb. Hadisə ilə bağlı rayonda böyük ajiotaj yaranıb. Dərhal şübhəli şəxslərin axtarışına başlanıb. Pulları götürən şəxs ehtiyyatlı davransa da kameralara yaxalanıb və şəxsiyyəti müəyyən edilərək həbs edilib. Rəhbərliyin halal pulunu çırpışdıran şəxs elə İcra Hakimiyyətinin öz işçisi olub. Memarlıq şöbəsinin mütəxəssisi Elnur Məmmədov günahını etiraf edib. Cinayətin üstü açılsa da icra başçısının tapşırığı ilə hadisənin ictimaiyyətə sızmasının qarşısının alınması üçün möhkəm tapşırıq verilib. Bunun isə səbəbləri var.

Əvvala hadisənin özü və cinayətin törədilməsi suallar doğurur. İlk əvvəl o ağıla gəlir ki, icra başçısının müavini olan Ceyhun Kərimxanovun kabinetində bu boyda nəğd pul haradandır? Son zamanlar belə iri həcmdə olan pulları ancaq Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi rüşvətxor icra başçılarının və müavinlərinin otağından çıxarılarkən görmüşük. Məlum olmuşdu ki, icra başçıları işsiz və aztəminatlı vətəndaşları ictimai işlərə cəlb ediblər, əməkhaqqı kartlarına köçürülən pulları mənimsəyiblər.

Bundan əlavə, onlar rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərini də ələ keçiriblər. Eləcə də rayonda yeni inzibati binaların tikintisinə ayrılan dövlət vəsaitlərini dədə malı kimi həzmi rabedən keçirmişdilər. Həbs edilən başçılar və müavinləri həm də tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pullar almışdılar. Bura fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan aldıqları vəsaitlər də daxil idi.

Görəsən Yevlax İH-də oğurlanan pulların mənşəyi haradandır? Əgər İcra Hakimiyyəti bu məlumatın gizli qalmasını istəyirsə demək bu oğurluq pulun da mənşəyi naməlumdur. Mənbənin bildirdiyinə görə Elnur Məmmədov pulun mənbəyindən xəbərdar imiş. Yəni pulun hansı iş adamından , hansı şəraitdə, nə səbəbə alındığını bilirmiş.

Fikirləşib ki, rüşvət pulu olduğu üçün oğurluğun üstü açılsa belə ona söz deməyə cürət etməzlər. Ancaq görünür ki, memarlığın mütəxəssisi yanılıb. Biri var çertyoj cızasan,biri də var oğurluq edəsən. Bacarmadığı işdən yapışıb deyə özünü yandırıb.

Əvvəlcə Yevlax Rayon Məhkəməsi Elnur Məmmədov haqqında həbs qəti imkan tədbiri seçmək istəməyib. Amma sonra Apelyasiya şikayətindən sonra Elnur Məmmədov haqqında 2 aylıq həbs qəti imkan tədbiri seçilib. Hər bir halda bütün bu işlər kiçik bir rayonda böyük söz-söhbətə səbəb olub. İndi gözləyək Yevlaxdan rəsmi şəxslərin rəsmi açıqlamasını. Yoxsa adamın gümanı çox yerlərə gedir.


Digər xəbərlər

İsrail Prezidentinin Türkiyəyə gəldiyi təyyarədə diqqət çəkən detallar
Şəmkirdə karantin rejimini pozaraq qəza törədən şəxslər həbs edilib
Prezindet: "Biz informasiya müharibəsində qələbə qazandıq"
Qəhvə diabetdən qoruyur
Paradda qoşun növlərinə onlar rəhbərlik etdi
Təhsil Nazirliyi sosial şəbəkələrdə yayılan iddialara aydınlıq gətirdi - FOTO
Azərbaycan Həkimləri Birliyi bəyanat yaydı
Bütün pensiyalar bu tarixdə ödəniləcək -
Arutyunyan niyə “atdan” salınıb “eşşəyə” mindirilmir?!
Mayın 31-dək təhsil müəssisələrində iş rejimi müəyyənləşdi
LƏNKƏRAN ŞƏHƏRİ İQTİSADİ İNKİŞAFIN  YENİ YÜKSƏLİŞ DÖVRÜNÜ YAŞAYIR
Etibar Pirverdiyev HƏBS OLUNA BİLƏR
Elman Rüstəmov: “Bütün ərazilərimizdə Azərbaycan manatı işləyəcək”
Daşkəsəndə 69 yaşlı kişi itkin düşdü
“Prezidentin köməkçisi: "Ermənilər Xızı və Abşeron bölgəsinə raket atıb"
Yüksək bal toplayan şagird faciəvi şəkildə öldü
Hazırkı lider 5-ci dəfə prezident seçildi
Ermənistanla sərhədləri müəyyən edən xəritələr... - Video
Tramp hakimiyyətin Baydenə ötürülməsi ilə razılaşdı
“Artım” layihə məkanında Macarıstan istehsalı olan film göstəriləcək
Cəmil Əliyevin XƏRÇƏNG `LARYOK`U: Bəlanı Allah verir... `pul qıransa` odur... - Xəstəliyi də inhisara alıblar...
Düşmənin Ağdərədə yerləşən alaylarını silah-sursatla təmin edən anbar partladı
5.5 bal gücündə ZƏLZƏLƏ
Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur
Azərbaycanda korona bitib? - Nazir
Rusiya MN: “Sülhməramlıların mühasirəyə alınması məlumatı doğru deyil”
Elman Rüstəmov yaxın adamını qalib etdi – Mərkəzi Bankın şübhəli tenderi
Nazirlər Kabinetindən əməkhaqları ilə bağlı QƏRAR
İlham Əliyev Sumqayıtda yeni estakada nasos stansiyasının açılışında - FOTO
Çiyələkdəki böyük təhlükə - XƏBƏRDARLIQ