Son dəqiqə
17-02-2021, 17:52
5 578

Zəfərin 100 günü: Növbədə Böyük qayıdışdır

Zəfərin 100 günü: Növbədə Böyük qayıdışdır


Bu gün Vətən müharibəsindəki qələbədən 100 gün ötür. 2020-ci il sentyabrın 27-də Ermənistan cəbhəboyu ərazilərdə genişmiqyaslı təxribatlar törədib, Azərbaycan ordusu isə sürətli əks-hücum əməliyyatlarına başlayıb.

Əks-hücum əməliyyatları ilk gündən müsbət nəticə verib, bir neçə kənd və Murovdağ yüksəkliyi işğaldan azad edilib.

Əməliyyatların sonrakı mərhələsində isə rayonlar azad olunub. Azərbaycan Ordusu İkinci Qarabağ Müharibəsində ən müasir və yüksək dəqiqlikli silahlardan, pilotsuz zərbə aparatlarından istifadə edib.

Vətən müharibəsində Azərbaycan hərb meydanı ilə yanaşı diplomatiyada da üstünlük qazanıb, siyasi dəstəklər alıb.

Ermənistan isə Vətən müharibəsində ard-arda sarsıdıcı zərbələr aldığına görə, acığını mülki əhalidən çıxıb, mülki əhaliyə qarşı raketdən istifadə olunub. Nəticədə 100 mülki vətəndaş ölüb, 416-sı yaralanıb.

Ancaq bu da Azərbaycan dövlətini öz haqq mübarizəsindən çəkindirməyib və Azərbaycan xalqının əzmini qıra bilməyib.

Xalq müharibə dövründə Ali Baş Komandanın, dövlətin yanında olduğunu bəyan edib, Orduya dəstək göstərib.

Sistemli işin nəticəsi olaraq Azərbaycan Ordusunun düşmənə layiqli cavab zərbələrinin miqyası genişlənib, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan, ümumilikdə 300-dən çox yaşayış məntəqəmiz işğaldan azad edilib. Qarabağın incisi olan Şuşa noyabrın 8-də düşmən əsarətindən azad edilib. Bundan sonra Ermənistan noyabrın 10-da kapitulyasiyaya imza atıb və ikinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələnib.

Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistanın baş naziri arasında imzalanan üçtərəfli bəyanata əsasən, müharibə dayandırılıb və Ermənistan qoşunların Qarabağdan çıxarılması üçün öhdəlik götürüb. Artıq dekabrın 1-dək erməni işğalçı qüvvələri Kəlbəcər, Ağdam və Laçın rayonlarını boşaldaraq Azərbaycan Ordusuna təhvil verib.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edərək, regionda yeni geosiyasi reallıq yaradıb.

Dekabrın 10-da Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə Zəfər paradı keçirilib. Paradda Azərbaycan və Türkiyə prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan – iştirak ediblər.

Ermənistan atəşkəs bəyanatından sonra da təxribatlarına yenə ara verməyib, Ermənistanın Şirak vilayətindən gələn diversantlar Xocavənddə terror fəaliyyəti ilə məşğul olublar. Azərbaycan anti-terror əməliyyatları ilə 62 erməni diversant-terrorçunu saxlayıb. Biabırçı məğlubiyyət, uğursuz diversiya cəhdləri Ermənistanın onurğa sütununu qırıb, bu günün özündə də qarşılıqlı didişmələr davam edir.

Azərbaycan yerdə qalan məsələlərin həllini diplomatik masada həll etmək istəyir. 2021-ci ilin yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Görüşdə nəqliyyat-kommunikasiya xətlərinin bərpası, Türkiyə və İrana dəmir yolu xəttinin çəkilməsi, Türkiyə ilə Rusiyanın nəqliyyat arteriyalarının birləşdirilməsi müzakirə olunub.

Artıq işğaldan azad olunan ərazilərdən bərpa işləri başlanılıb, geniş layihələrin icrasına, o cümlədən Füzuli-Şuşa avtomobil yolunun, Füzulidə hava limanının tikintisinə başlanılıb.

XeberTv.info

Digər xəbərlər

Hikmət Hacıyev: “Yaralılardan 4-ü uşaqdır, 2 yaşlı qız da həlak olub”
Azərbaycanda neçə nəfər 8 min manatdan çox maaş alır? - RƏSMİ
Müharibə Ukraynaya nə qədər zərər vurub?
Şimşək çaxacaq, yağış yağacaq - Sabahın HAVASI
İlham Əliyev 5 sərəncam imzaladı
Sən çoban ola bilərsən, amma biz qoyun deyilik...
Azərbaycanda vəzifəli şəxs həbs edildi
Mehdiyevin kürəkəni keçmiş nazirin bankını necə talayıb? – Sensasion xəbər
Ermənistan FHN-in işçiləri minaya düşüb, 2 nəfər yaralanıb
ABŞ-da məktəbdə atışma: 1 ölü, 7 yaralı
MN: “Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur”
Məşhur kriminalist Bakıda niyə öldürülüb? - VİDEO
Bakıda 2 narkotacir və 4 narkokuryer tutuldu
İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib -
Saatlının icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Hərbçilər yaş həddi nəzərə alınmaqla tərxis olunacaq
Elmar Vəliyev bu yolla canını qurtarmağa çalışır — Guya anlaqsızdır, heç kimi tanımır…
Keçmiş baş nazir Putini ölkəsinə qoşun yeritməyə çağırır
Həbs edilən qadının vəkilindən açıqlama
Şəhriyar Məmmədyarov: "Teymur Rəcəbov İddiaçılar Turnirinə dəvət edilməlidir"
DƏHŞƏTLİ MÜHARİBƏ BAŞLAYIR: Hərbçilərin məzuniyyəti ləğv edildi, bir neçə gündən sonra…
Türkiyədə “kazinolar kralı”nı güllələyən Həsən Müzəffərova pul göndərən kimdir...
Ötən il məzənnənin sabit saxlanılması üçün nə qədər valyuta alınıb? - RƏSMİ AÇIQLAMA +
Təhsil nazirliyində “dəftərxana maxinasiyası” ilə dövlət qulluqçusu olanlar kimlərdir?
Azərbaycan bu il Dubaya çiyələk ixrac edəcək
Robert Prosineçki Azərbaycan millisinə qayıtmağa razılıq verib
Kəmalədin Heydərov general və polkovniki İŞDƏN ÇIXARTDI
Düşmən təxribatları nəticəsində ölən mülki şəxslərin sayı açıqlandı - FOTO
“Pulunuz çox ola bilər, amma nüfuzunuz yoxdur” – ƏLƏŞRƏFQIZI “ÜSYAN” ETDİ
İlham Əliyev ABŞ prezidentinin müşaviri ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi
{sape_links}{sape_article}