Son dəqiqə
29-03-2021, 12:04
4 371

Ramazan ayının başlama tarixi məlum oldu

Ramazan ayının başlama tarixi məlum oldu


Azərbaycanda Ramazan ayının başlama tarixi məlum olub. Bu il ölkə ərazisində Ramazan ayının 1-i miladi təqvimlə aprelin 14-nə təsadüf edəcək.

Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, "Ramazan ayının hilalı Azərbaycan üfiqində 13 aprel 2021-ci ildə görünəcək". Beləliklə, niyyət gecəsi aprelin 13-dən 14-nə keçən gecəyə düşür, Ramazan ayının ilk günü aprelin 14-dür.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mayın 13-14-ü Ramazan bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləridir. Məlumat üçün bildirək ki, Ramazan ayında insanlar oruc tutmalı, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Xəstə olan, habelə zəifləyərək xəstəliyə düçar olma ehtimalı olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər.

Bu ay ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.

XeberTv.info

Digər xəbərlər

Hikmət Hacıyev: “Yaralılardan 4-ü uşaqdır, 2 yaşlı qız da həlak olub”
Azərbaycanda neçə nəfər 8 min manatdan çox maaş alır? - RƏSMİ
Müharibə Ukraynaya nə qədər zərər vurub?
Şimşək çaxacaq, yağış yağacaq - Sabahın HAVASI
İlham Əliyev 5 sərəncam imzaladı
Sən çoban ola bilərsən, amma biz qoyun deyilik...
Azərbaycanda vəzifəli şəxs həbs edildi
Mehdiyevin kürəkəni keçmiş nazirin bankını necə talayıb? – Sensasion xəbər
Ermənistan FHN-in işçiləri minaya düşüb, 2 nəfər yaralanıb
ABŞ-da məktəbdə atışma: 1 ölü, 7 yaralı
MN: “Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur”
Məşhur kriminalist Bakıda niyə öldürülüb? - VİDEO
Bakıda 2 narkotacir və 4 narkokuryer tutuldu
İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib -
Saatlının icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Hərbçilər yaş həddi nəzərə alınmaqla tərxis olunacaq
Elmar Vəliyev bu yolla canını qurtarmağa çalışır — Guya anlaqsızdır, heç kimi tanımır…
Keçmiş baş nazir Putini ölkəsinə qoşun yeritməyə çağırır
Həbs edilən qadının vəkilindən açıqlama
Şəhriyar Məmmədyarov: "Teymur Rəcəbov İddiaçılar Turnirinə dəvət edilməlidir"
DƏHŞƏTLİ MÜHARİBƏ BAŞLAYIR: Hərbçilərin məzuniyyəti ləğv edildi, bir neçə gündən sonra…
Türkiyədə “kazinolar kralı”nı güllələyən Həsən Müzəffərova pul göndərən kimdir...
Ötən il məzənnənin sabit saxlanılması üçün nə qədər valyuta alınıb? - RƏSMİ AÇIQLAMA +
Təhsil nazirliyində “dəftərxana maxinasiyası” ilə dövlət qulluqçusu olanlar kimlərdir?
Azərbaycan bu il Dubaya çiyələk ixrac edəcək
Robert Prosineçki Azərbaycan millisinə qayıtmağa razılıq verib
Kəmalədin Heydərov general və polkovniki İŞDƏN ÇIXARTDI
Düşmən təxribatları nəticəsində ölən mülki şəxslərin sayı açıqlandı - FOTO
“Pulunuz çox ola bilər, amma nüfuzunuz yoxdur” – ƏLƏŞRƏFQIZI “ÜSYAN” ETDİ
İlham Əliyev ABŞ prezidentinin müşaviri ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi
{sape_links}{sape_article}