Son dəqiqə
18-05-2021, 15:40
2893

“Ağacı qurd öz içindən yedi”: Saxta qazi dəstəsinin oyunları - VİDEO



Ölkəmizdə hər zaman Birinci Qarabağ və Vətən müharibəsində həlak olan şəhid ailələrinə, qazilərinə diqqət, qayğı bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biridir.

Dövlət müvafiq kateqoriyadan olan insanlar üçün əlindən gələni edir.

Amma bəzən Qarabağ qazilərinin adından istifadə edilir. Belə ki, “Qarabağ qazisi”, “Qarabağ veteranı” vəsiqələri hazırlayaraq, özləri üçün istifadə edən şəxslər də var.

Bu saxtakar dəstənin üzvləri Qarabağ müharibəsi qazilərini də aldadaraq öz ətraflarında toplamağa çalışırlar. Çünki quldur dəstənin böyük oğurluq planları var - xalqa məxsus olan neft mədəni ərazilərindəki boş torpaq sahələrini zəbt edərək ev tikib satmaq.

Təəssüf ki, saxtakarlar bəzi qaziləri nələrinsə müqabilində öz yanlarına çəkə bilir. Onlardan tələb olunan isə odur ki, hərbi forma geyinib tikinti ərazisində görünsünlər, qoy gələn-gedən görsün ki, tikinti işlərini qazilər aparır. Belə olanda heç kim qanunsuz tikintiyə müdaxilə etməyə cəsarət etməz.
Bu cür dəstə üzvləri Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi də təsis ediblər. Öz qruplarına daxil olan şəxslərə bu birliyin adından vəsiqə verilir. Onlar da özlərini bu vəsiqələrlə “qazi” kimi təqdim edir, öz işlərini həll edirlər.

Dələduz dəstəyə özünü birliyin sədri kimi təqdim edən Qurban Məmmədov başçılıq edir. Həmçinin, Musayev Sərxan Yaqub oğlu, Camalov Rəhman Pəbir oğlu, Şəmilov İlyas Cəbrayıl oğlu, Abbasov Zavur Ağaqulu oğlu bu dəstənin üzvləridir.
Araşdırmalar onu göstərir ki, bu şəxslər birliyin vəsiqələrindən reketçilik üçün istifadə edirlər.

Dəstə üzvləri ötən ilin iyun ayında da Balaxanıda fərqli məkanda peyda olmuşdu və yenə də neft-mədən ərazisində boş torpaq sahəsini zəbt edib tikinti işlərinə start vermişdilər. Həmin vaxt da onlar heç bir qanuni tələbə məhəl qoymayaraq hay-küy salaraq zorakı yollarla tikinti işlərini başa çatdırmışdılar.

Araşdırma zamanı məlum oldu ki, “Sərxanın dəstəsi” uzun müddətdir ki, “Qarabağ qazisi” adından istifadə edərək sahibkarları hədələməkdən tutmuş boş torpaq sahələrini zəbt etmək, qanunsuz tikinti işləri aparmaq, dövlət məmuruna qarşı güc tətbiq etməyə kimi bir sıra cinayət əməlləri ilə məşğuldur. Onlar istəklərinə nail olmaq üçün “qanun bizik”, “dövlət bizik” deyərək hay-küy salır, güc tətbiq edirlər. Məsələn, bir neçə ay öncə Əhmədli metrostansiyasının yaxınlığında yerləşən “Kardeşler” restoranına hücum çəkən quldur dəstənin üzvləri obyektin şüşələrini sındıraraq sahibkardan dərhal buranı boşaltmasını tələb ediblər.

Bəzən nəyisə bölə bilməyən dəstə üzvlərinin öz aralarında da dava düşür.

Bu gün Qarabağ qazilərinin adından istifadə edərək kriminal işlərlə məşğul olan şəbəkənin üzvləri arasında əlbəyaxa dava düşməsi barədə də görüntülər yayılıb.

Dava “Motodrom” ərazisində may ayının 14-də baş verib. Qrupun aktiv üzvlərindən olan Hacıyev Məmmədəli İsgəndər oğlu digər əlillər tərəfindən döyülüb.

Qrupun “liderlərindən” hesab olunan Sərxan Musayev və dəstənin digər üzvləri oxuculara Əhmədli metrosunun yaxınlığında, SOCAR-ın ərazisində qanunsuz evlərin tikintisi zamanı baş verən qarşıdurmalardan tanışdır.



XəbərTv.info

Digər xəbərlər

Azərbaycanda azyaşlının çılpaq şəkillərini yayan şəxs tutuldu - RƏSMİ
Günün qoroskopu -08.12.2019
Yevlaxda büdcə pullarına DÜŞMƏN MÜNASİBƏT... - Pulumuz belə çoxdursa, paylayın, camaata...-
Ramin Bayramlı pandemiyada 70 milyon manat qazanıb? - YENİ FAKTLAR
Siyəzəndə 6 saylı Litsey qəzalı vəziyyətdədir - VİDEO
Türkiyəli müşahidəçilər bir neçə gün ərzində Azərbaycana gələcək
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Bəyannaməsi qəbul edilib
ANAMA: Tovuz və Qazaxda 14 əməliyyat keçirilib
Əfqanıstanda növbəti terror: Çox sayda hərbçi həlak oldu
Ukrayna Belarusla bütün əlaqələri dayandırıb
Bəzi summativ qiymətləndirmələr ləğv oluna bilər - Emin Əmrullayev
NAZİR MÜAVİNİNİN ATASININ PULU OĞURLANDI, SƏRT İTTİHAMLAR İRƏLİ SÜRDÜ: "Azərbaycanda ən kriminal yer..."
İlham Əliyev Estoniya parlamentinin sədrini qəbul etdi
Bakıda iki bacını avtomobil vurdu
Tahir Mirkişili: "Prezidentimizin verdiyi tövsiyələr parlamentin fəaliyyətində rəhbər tutulub
Məhkəmə Masallının baş həkimi barədə qərar verdi
Nazirlik direktorun tələbəni təhqir etməsi ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda OYUNBAZLIQLAR...
Vəzifəli şəxsdən pul alarkən tutuldular - Restoranda əməliyyat
Pakistan Hindistana aid PUA-nı vurdu
Daha bir tender — Deputata məxsus olduğu deyilən şirkət bu il 4,2 milyonluq sifariş alıb
AZƏRBAYCAN POLİSİ VİDEO
Nikol Paşinyan: “30 ildir özümüzü aldatmışıq, Qarabağın Azərbaycana aid olması ilə barışmalıyıq...”
Dünyada neft qiymətləri
Hövsanda azyaşlını vuraraq hadisə yerindən qaçan moped sürücüsü saxlanılıb -
"Tarqovıy"da növbəti biabırçılıq: Qız ərəblərə yaxınlaşır... - video
"Misir Mərdanovun adamı saxlanılsa da kimsəyə "gözün üstündə qaşın var" deyən olmadı"
ABŞ və Rusiya qarşıdurması: Ukraynadan Qafqaza, Suriyadan Nigerədək –
Baş nazir Azərbaycanda tədrisin əyani formada təşkili ilə bağlı qərar imzalayıb
Xoşqədəm Hidayətqızının adından yarım milyonluq dələduzluq edənin cəzası azaldıldı -