Son dəqiqə
8-04-2024, 16:48
142

Yeni vəzifəyə gətirilən Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?

Yeni vəzifəyə gətirilən Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
O, qardaşının Agentlik rəhbəriliyinə gətirilməsilə paralel klub rəhbərliyindən federasiya rəhbərliyinə yüksəlib

Azərbaycanda vəzifəli şəxslərin yaxın qohumlarının müxtəlif vəzifələrə gətirilməsi və iştirak etdiyi sektorlarda sürətlə irəliləməsi ənənə halına çevrilib.

Adətən, bu şəxslərin kimliyinə dair detallar qapalı saxlanılır.

Yeni vəzifəyə gələn şəxslərin profilinin ictimaiyyətə açıqlanmayan tərəflərini təqdim edir – Maqsud Adıgözəlov

Aprelin 2-də ölkə futbolunun inkişafına yeni nəfəs verməyi vəd edən AFFA-nın təzələnmiş İcraiyyə Komitəsinin üzvləri müəyyənləşib.

Üzvlər arasında bir yeni sima da var: Maqsud Adıgözəlov.

Gələcək illərdə Azərbaycan futbolunda əsas söz sahiblərindən biri olacaq Maqsud Adıgözəlov əsasən “Sabah” Futbol Klubunun prezidenti kimi tanınır.

Maqsud Adıgözəlov İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlovun qardaşıdır.

Seymur Adıgözəlov isə “Paşayevlərin kadrı” kimi tanınır.

O, 2023-cü il mayın 22-dək “Paşa Holdinq”ə məxsus “Food City Agropark” MMC-nin baş icraçı direktoru olub.

Bir çox fəaliyyət istiqamətləri üzrə böyük şirkətləri özündə birləşdirən “Paşa Holdinq” Azərbaycan Prezidenti İlham Əliyevin ailəsinə məxsusdur.

Agentlik rəhbərinin qardaşı, AFFA-nın İcraiyyə Komitəsinin yeni üzvü Maqsud Adıgözəlov həm də 2023-cü ildən Azərbaycan Klublar Komitəsinin sədridir. Onun AFFA-nın İcraiyyə Komitəsinə namizədliyini “Sabah” Futbol Klubu verib.

Rəsmi dövlət reyestrindəki məlumatlardan aydın olur ki, Maqsud Adıgözəlov həm də “Sabah” Futbol Klubunun qanuni təmsilçisidir.

Seymur Adıgözəlovun qardaşının futbol sahəsində karyera pillələrilə irəliləməsində hansı rolu oynadığı aydın olmasa da, hadisələrin eyni zaman diliminə təsadüf etməsi bu barədə düşünməyə əsas verir.

Adıgözəlovlardan birinin dövlət agentliyi rəhbərliyinə, digərinin isə AFFA-ya gətirilməsi arasında vaxt fərqi qardaşların arasında olan 1 illik yaş fərqindən də qısa çəkib./“Abzas Media”/

Xebertv.info

Digər xəbərlər

Prezidentin 1 milyon manat ayırdığı film 8 ildir çəkilməyib - AÇIQLAMA
Ermənilərin ölkəmizi atəşə tutmasına görə yığmamız neytral meydanda oynayacaq
İnsanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmır...
Erməni əsir öz əsgərlərinə müraciət etdi: “Silahı yerə qoyun, başqalarının torpağında vuruşursunuz”
Qazax və Ağstafada düşmən təx­ribatının qarşısı alınıb - DSX
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Dayənin hamamda unutduğu körpə öldü
İran Kiprdə israilli biznesmeni öldürmək üçün azərbaycanlı killer göndərdi
Xəzərdə dalğanın hündürlüyü 7.5 metrə çata bilər
“Məktəbli uşaqlara siqaret pulsuz paylanılır”
Xəzər dənizində 4,6 bal gücündə zəlzələ olub
Yevlax-Xankəndi dəmir yolunun bir hissəsinin yenidən qurulmasına başlanıldı
Metrodan istifadə edən sərnişinlərin sayı azalıb
MSK-nın sədri, sədr müavini və katibləri seçiləcək
Bu gün imzalanan bəyanatın Azərbaycanca MƏTNİ
Azərbaycan "Boeing"dən beş yük təyyarəsi alacaq
Müdafiə Nazirliyi təlimlərdən daha bir video yaydı
Azərbaycan millisi Latviyaya qarşı
Kim Kardaşyanın əri prezident seçkilərində bu qədər səs topladı
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Qəzənfər Ağayevin rayonunda dərd dərd üstünə... - Başçı isə öz işindədir...
Rusca bilməyən Şahin İbadov Rusiyadan BDU-ya necə “perevod” oldu ?- “Asfaltzavod”un direktorunu Şəkidən camaat niyə qovdu ?
Kann kinofestivalının təşkilatçıları jürinin tam tərkibini açıqlayıb
Bakıda ərinin məşuqəsini çəkən qadın haqda araşdırmalara başlanıldı - VİDEO
Yevlax sakini qonşusunu qətlə yetirib
Putinlə Ərdoğan Qarabağdan danışdı
Son sutkada koronavirusdan 42 nəfər vəfat edib
Son sutkada koronavirusdan sağalma ilə bağlı yeni rekord
Bu il neçə uşaq övladlığa götürülüb?
Dünyanın ən yaxşı universitetlerinin siyahısı açıqlanıb - TOP 5
{sape_links}{sape_article}