Son dəqiqə
Kriminal
16-04-2024, 10:13
148
Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var - FOTO
Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib.
Dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray" ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF" markalı yük avtomobili ilə piyadanı vurub. Nəticədə 1985-ci il təvəllüdlü Oruclu Sahib Alıxan oğlu ağır xəsarətlər alıb və hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Xebertv.info