Son dəqiqə
18-05-2020, 13:50
836

Mərkəzi Klinikada BİABIRÇI OLAY - Xəstənin öldüyünü gizlədib əlavə 4500 pul istədilər

Mərkəzi Klinikada BİABIRÇI OLAY - Xəstənin öldüyünü gizlədib əlavə 4500 pul istədilər


Dünən səhər saatlarında Neftçala rayon Bankə qəsəbəsi sakini Bayram Həsənalı oğlu Məmmədov daxili qanaxma şikayəti ilə Nefçala Xəstəxanasına müraciət edib.

Nefçala Mərkəzi Xəstəxanası ilkin müdaxilə üçün texniki imkanlarının çatışmaması səbəbindən xəstəni təcili olaraq Bakıya göndərib. İlk olaraq dövlət müəssisəsi olan Respublika Klinik Xəstəxanasına müraciət edilib. Lakin karantin rejimini əsas gətirən xəstəxananın həkimləri kritik vəziyyətdə gətirilən xəstəni qəbul etməkdən imtina edib və onu özəl klinikalardan birinə yönləndirib.

Xəstəni sorğu-sual etmədən analizlər götürən “Mediland” klinikası dərhal diaqnozu xəstə yaxınlarına təqdim edib. Xəstənin sadəcə tibbi problemini müəyyənləşdirən klinikanın xəstəyə “oxuduğu pul” olduqca yüksək olub.

Ümidsiz halda xəstə yenidən ambulans maşınında Ə.Topçubaşov adına xəstəxanaya gətirilib. Yenə də eyni ssenari təkrarlanıb. Hətta Topçubaşov xəstəxanası “Mediland”da həyata keçirilən analizləri qəbul etməyib və xəstədən yenidən analiz götürülüb. Ölümlə üz-üzə olan xəstə bir də analizlərlə məşğul olmağa məcbur olub. Həm canı, həm də pulunu itirən vətəndaş bu dəfə də müalicə ala bilməyib. Çünki Topçubaşov adına xəstəxənanın həkimləri “bu müalicəni biz boynumuza götürə bilmərik” –deyərək, onu Mərkəzi Klinikaya yola salıb.

Nəhayət axşama doğru xəstə Mərkəzi Xəstəxanaya yerləşdirilib. Növbəti analizlərdən sonra xəstəyə qarın boşluğunda aorta damarının nazilib partlaması diaqnozu qoyulub. Öncədən 12000 manat tələb edən Mərkəzi Xəstəxananın cərrahiyyə şöbəsi xəstəyə ilkin tibbi müdaxilə edər-etməz sonradan əlavə 4500 manat tələb ediblər. Lakin bir neçə saat narkoz altında qalan xəstənin cərrahiyyə masasında keçindiyini bilən həkim cərrah hər nə bəhanə etsə də, sonradan həmin pulu xəstənin yaxınlarına ödətdirməyə müyəssər ola bilməyib. Ən acınacaqlısı isə ölüm hadisəsinin yenə də "həkimlərin" səhlənkarlığı ucbatından baş verməsi olub. Belə ki, xəstə cərrahiyyə əməliyyatına alınarkən onun əvvəllər ürəyində ciddi problem olması nəzərə alınmayıb və narkoz qəbul etdirilərkən əmliyyata başlamadan xəstə həyatını itirib.

Üstəlik ağır bir yük altına girən mərhumun yaxınları bir tərəfdən itirdikləri doğmalarının, digər tərəfdən də borc-xərclə topladıqları məbləğin geri ödəilməsinin dərdini çəkir. (xeberfakt.az)

XeberTv.info

Digər xəbərlər

Narkotikə görə həbs edilmiş atasına heroin gətirdi
Baş infeksionist: "Qapanmalara getmək zəruri olacaq" - VİDEO
Azərbaycanda futbolçu dəhşətli qəzada öldü - FOTO
ABŞ-ın yeni Prezidenti və ilk qadın Vitse-prezidenti and içdi
`İslahatçı` icra başçısı əlilə MÜHARİBƏ ELAN EDİB -
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Son sutkada vaksin olunanların sayı açıqlandı
Bərdə və Tərtəri atəşə tutan daha 2 “Smerç” bu gün məhv edildi - Video
Azərbaycan və Qırğızıstan XİN başçıları Moskvada görüşüblər
Bu şəxslərin pensiya yaşı 5 il azaldılır - DƏYİŞİKLİK
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Sən çoban ola bilərsən, amma biz qoyun deyilik...
Azərbaycan bu il Dubaya çiyələk ixrac edəcək
Sabirabadın icra başçısının ev hədiyyə etdiyi xanım kimdir?
Bavariya məğlub oldu
Bakının məşhur bazarı köçürülür - FOTO
Hikmət Hacıyev Paşinyanın "Münaqişənin diplomatik həlli yoxdur” fikrinə münasibət bildirdi
Ceyhun Bayramov xarici işlər naziri oldu
MÜTLƏQ OXU!!! Koronavirus orqanizmə daxil olduqda nə baş verir – QISA TƏSNİFAT
Bakıda icra hakimiyyətinin şöbə müdiri vəfat etdi
Qismən səfərbərlik zamanı bu şəxslər çağırılacaq
Türkiyədə dövlət çevrilişinə cəhd edənlərə ömürlük həbs cəzası verildi
Əmək kitabçalarına ehtiyac qalmayacaq - RƏSMİ
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub -
Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi
Təbrizdə etiraz aksiyası: Əhali ilə polis qüvvələri arasında toqquşma (VİDEO/FOTO)
Düşmənin texnika itkiləri açıqlandı
Sabah yağış yağacaq
“RİA Novosti” Azərbaycan ictimaiyyətinin və XİN-in narazılığına səbəb olmuş müsahibəni silib -
“Kalaşnikov” zavodu elektrik motosikletlərin istehsalına başlayıb - FOTO
{sape_links}{sape_article}