Son dəqiqə
28-11-2020, 16:14
7 332

Ağdam minaların qənimi “Bozena-5”lə təmizlənir - Özəllikləri

Ağdam minaların qənimi “Bozena-5”lə təmizlənir - Özəllikləri


İşğaldan azad edilən ərazilərimizin minalardan təmizlənmə prosesi davam edir. Ötən gün də Ağdam şəhərinə gedən yolunun ətrafında minatəmizləmə əməliyyatı keçirilib. Artıq 7 kilometr uzunluğunda avtomobil yolu və onun kənarları tam təmizlənib. Hazırda həmin yolun kənarında kommunikasiya xətlərinin çəkilməsi üçün təmizləmə işləri həyata keçirilir.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Ağdamda ərazilərin minalardan təmizlənmə prosesində “Bozena-5” markalı mexaniki minatəmizləyən maşınından da istifadə edir.

20 noyabr 2020-ci il - Ağdam

Ağdam minaların qənimi “Bozena-5”lə təmizlənir - Özəllikləri


Sözügedən texnika ictimaiyyətdə maraqla qarşılandığından onun özəlliklərini təqdim edirik:

“Bozena-5” Slovakiyanın “Slovak Way Industries” şirkəti tərəfindən istehsal edilib. Azərbaycan bu texnikaları 2008-ci ildə əldə edib. Həmin il ilk olaraq 5 ədəd “Bozena-5” alınıb.

Bu texnikadan piyada və tank əleyhinə minalardan ərazilərin təmizlənməsində istifadə edilir. “Bozena-5” 5 km uzaqlıqdan idarəedici bir maşındır. Həmin məsafədən idarə edilmə müddəti 11 saatdır.

Ağdam minaların qənimi “Bozena-5”lə təmizlənir - Özəllikləri


Ümumi çəkisi 12 ton olan “Bozena-5”in qiyməti 1,5 milyon dollar civarındadır. Minalı ərazilərdə 2,6 enində koridor aça bilən texnikanın ön hissəsində dəqiqədə 400-500 dövrə vuran 52 zənciri var. Zəncirlərin arxas hissəsində olan lövhə isə zirehlidir. “Bozena-5”in maksimum sürəti saatda 9 km-dir. Texnikanın minalardan təmizlənmə dərinliyi 300-350 mm-ə qədərdir.

Qeyd edək ki, ANAMA-nın ixtiyarında “Bozena-4” minatəmizləyən maşınlardan da var.



XeberTv.info

Digər xəbərlər

Magistraturaya sınaq imtahanının nəticələri açıqlandı
Generalın yerinə 39 yaşlı polkovnik təyin edildi
DTX əməliyyat keçirdi: Suriyadakı terror qruplaşmasının üzvü ələ keçdi - FOTO
Bank Respublika kredit faizlərini 15.9%-ə endirdi!
Toyda 40 nəfər içkidən zəhərləndi, 1 nəfər öldü
Türkiyədə 6,6 ballıq zəlzələ oldu
Lotu Qulinin qardaşı qisasa hazırlaşır
Samirə 2-ci dəfə ərə gedir: "İmkanlı şəxs və iş adamıdır"
Əhmədzadənin tender oyunları - Zaqatala bir MMC-nin ümidinə qalıb?
Ramiz Mehdiyev-Əli Həsənov şər yuvasını bərpa edən məmur kimdir?
Sertifikasiyadan kəsilən müəllimlər MİQ-də iştirak edə bilər
Rus əsilli amerikalı jurnalist Türkiyədə ölü olaraq aşkarlandı
Hikmət Hacıyev: “Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü kimi artıq masadadır”
Xarici Kəşfiyyat Xidmətinin YARASA xüsusi bölməsi ilk dəfə nümayiş etdirildi - VİDEO
Komitə sədrinin müavini: “Hərbçilərə mənzil verilməsi olduqca əhəmiyyətli hadisədir”
ATV cərimələndi, "Bizimləsən" verilişinin yayımı dayandırıldı (SƏBƏB)
Düşmənin qənimət kimi götürülmüş hərbi texnikası Bakıda nümayiş etdiriləcək
İlham Əliyev iki nəfərə fəxri ad verdi -
“Qurd Qapısı”nda VƏHŞİLİK...
MİNGƏÇEVİRDƏ DƏHŞƏT! İş adamı ŞƏHİD ATASINI törətdiyi ekoloji cinayətə ortaq etdi! -
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
5 min rüşvətə görə tutulan məmur 200 manat cərimə ilə azadlığa buraxıldı (TƏFƏRRÜAT)
Biləsuvarın həbsdə olan sabiq icra başçısının cəzası azaldılıb
Ölkəmizdə bir il ərzində 15-17 yaşlı qadınlar iki mindən çox uşaq dünyaya gətirib
Ağdaşda avtomobil ağaca çırpılıb, 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb
“Şayiə yayanlara nəinki xəbərdarlıq etmək, onları tapıb cəzalandırmaq lazımdır”
"Qarabağ"ın çempionlar liqasındakı növbəti rəqibi bilindi
Prezident: “Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcək”
Naxçıvan istiqamətində düşmən PUA-sı məhv edildi
Azərbaycan XİN Rusiyaya başsağlığı verib