Son dəqiqə
7-06-2023, 09:56
239

BDYPİ-də açıq bazar açan KİMDİR? - Bunu hamı bilir, amma hamı görmür...

BDYPİ-də açıq bazar açan KİMDİR? -
Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “DYP sistemində Kamran Əliyev fenomeni” başlıqlı məqalə dərc etmişdik. Məqalədə qeyd etmişdik ki, 2020-ci ilin ilin oktyabrında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə yeni vəzifə verilərək o, Baş DYP İdarəsinin rəis müavini, eyni zamanda, İmtahan Qeydiyyat İdarəsinə rəis təyin olundu.

Aktualxeber.az saytı təyin edildiyi gündən bəri bu şəxsin DYP-də hansı yeniliklərlə yadda qaldığı barədə araşdırma aparıb.
DYP sistemindəki rüşvət və korrupsiyadan danışarkən ilk ağla gələn birbaşa Kamran Əliyevin rəhbərlik etdiyi sürücülük vəsiqəsinin verilməsidir. İlk baxışdan K. Əliyev deyə bilər ki, nəzəri imtahanlar test üsulu ilə keçirilir və kim 10 suala doğru cavab yazırsa, sürücülük vəsiqəsini ala bilir. Düzdür, nəzəri sürücülük imtahanları test üsulu ilə keçirilir. Ancaq əslində isə bu gün 1.000 manat rüşvət verməyib sürücülük vəsiqəsi alan adamları barmaqla saymaq olar. Onu da qeyd edək ki, K. Əliyev bu vəzifəyə təyin olunana qədər qiymət 900 manat idi. İmtahan keçirilən zalın yaxınlığında gəzişən maklerlər vasitəsi ilə imtahan komissiyasına 1000 AZN verən şəxs 2 saat ərzində sürücülük vəsiqəsini almış olur. Verməyən “kəsilir” və yenidən imtahan vermək üçün 15 gün gözləməli olur. Nəzəri imtahanı verən şəxsi digər tərəfdən də “yezda” adlanan sürücülük qabiliyyətini yoxlayan imtahanda süni olaraq sıxışdırırlar. İmtahandan keçən şəxslərə “yezda” imtahanı zamanı elə avtomobil verilir ki, həmin şəxs onu idarə etməkdə çətinlik çətir və nəticədə kəsilir.
Dövlət Yol Polisi sistemində ən çox korrupsiya və rüşvətxorluq halları yenə də Kamran Əliyevin kurasiyasında olan avtonəqliyyat vasitələrinin uçotu, qeydiyyatı və digər rəsmiləşdirmə sahəsindədir. Onlardan qanunla nəzərdə tutulmaş məbləğdən əlavə rüşvət tələb edilir. Əks təqdirdə, bürokratik əngəllərlə vətəndaşlar get-gələ salınır. Baş Dövlət Yol Polis İdarəsində hər bir otagın oz məzənnəsi var.Vətəndaş maşınını texniki baxış bokslarından keçirdikdən sonra 3-cü otaga keçir və burada alqı satqı müqaviləsi baglayarkən vətəndaşdan qanunsuz olaraq 10 azn pul tələb olunur.Əlində Bankın verdiyi 10 manat odəniş qəbzinin olmasına baxmayaraq vətəndaşdan yenidən 10 manat tələb edirlər.Buna etiraz edən vətəndaşa isə ag vərəqi verib “ged ozun sənədi doldur gətir” deyirlər. Nəticədə isə bunu bacara bilməyən vətəndaşlar onların məcburən dedikləri 10 manatı verməli olurlar. Mülki geyimdə otaqda oturmuş bir kişi və bir xanım bu müqavilə üçün 10 azn manat tələb edir. Hələ 5-ci otaqda oturmuş polis mayoru avtomobilin girovdan çıxarılması üçün vətəndaşlardan qanunsuz olaraq 10 manat tələb edir.Bundan başqa 1-ci otaqda oturmuş polis əməkdaşı bir mohuru 10 azn-ə vurur. Bunlar hələ bizim gordüklərimiz və müşahidə etdiklərimizdir.Bu xərclər və rüşvətlə bir yerdə vətəndaşın orda ucuz və mühərrikinin həcmi kiçik olan avtomobilə adi nömrə almaq üçün ən azı rüsumundan iki dəfə artıq, yəni 250-300 manat pulu çıxır.
Azərbaycanda avtomobillərin dövlət nömrə nişanlarına olan maraq nömrələrin qiymətini fantastik dərəcədə artırıb. Nömrə biznesi də birbaşa Kamran Əliyevin kurasiyasıdır. Belə qənaətə gəlirik ki, bu şəxsin vəzifəyə təyin edilməsindən sonra rüşvətlə alınan pulların miqdarı daha da artıbdır. Biznesini genişləndirən və gəlirini artırmaq qərarına gələn K.Əliyev 77 seriyası ilə başlayan nömrələri açıq-aşkar satmaqdadır. Bu işləri görmək üçün isə o, DYP-də yeni korrupsioner şəbəkə formalaşdırmışdır. Bütün günü şəhərdə seriyaları açılmamış avtomobil nömrələri ilə şütüyən maşınları görə bilərsiniz. Məsələn 77 LL 777 seriyası ilə gəzən “NİVA” və 77 ZZ 777 seriyalı “Mersedes” avtomobillərinə hamı şəhərdə rast gələ bilər.77 ilə başlayan qarışıq hərflərlə olan, sonluğu da 777 olan avtomobil nömrəsinin qiyməti 20.000 manatdır. Bu nömrənin rüsumu cəmi 1.000 manatdır. Eyni hərflərlə olan nömrələrin rüsumu isə 1500 manat olsa da, DYP-də K.Əliyev onu 30.000 manata satır. Rüsumla satılan nömrə arasındakı fantastik fərqi hesablamaq üçün riyaziyyatçı olmağa ehtiyac yoxdur.
Qarşı tərəfi də dinləməyə hazırıq. (aktualxeber.az)

XəbərTv.info

Digər xəbərlər

Mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub
Bakıda gecə 30-a yaxın ağac ekskavatorla məhv edilərək aparılıb
Hücuma məruz qalan “Motsart”ın 4-cü kapitanı: “Yaralanmışam, “kor kimi” mənə verilən istiqamətdə gedirəm”
Azərbaycana payız bu tarixdə gələcək
Uşaqlar üçün vaksinlərin hazırlanmasına başlanıldı
Tofiq Musayev Vaşinqtonda “Bomba”ya qarşı
Cəbhə bölgəsində silahlı jurnalist?
“28 ildir yataqxanalarda xəstə düşən köçkünlərin naləsi yerdə qalmadı” – Əli Həsənovu bitirən səbəblər
Bakıda polis əməkdaşı qəzaya düşdü: Yaralılar var - VİDEO
İlham Əliyevdən dörd rayonun su təchizatı ilə bağlı SƏRƏNCAM
Bakıda avtomobil yanıb
Baş Prokurorluq məlumat yaydı
DİN-dən “Xudatda COVID-19 alveri” iddiası ilə bağlı AÇIQLAMA - FOTO
Partiya sədrinin qardaşı şəhid oldu
Azərbaycanda neçə nəfər vaksinin ikinci dozasını vurdurub? - AÇIQLAMA
Ərdoğan: “Qazaxın işğaldakı kəndləri bu tarixə qədər Azərbaycana qaytarılacaq”
Kredit adı ilə dələduzluq edənlər saxlanıldı -
`Gorgud Hotel`də amtisanitar vəziyyət...
Bayram namazının vaxtı AÇIQLANDI
Kranın aşması nəticəsində bir nəfər öldü
Bakıda quldurlar iki qardaşı 2 min manata görə oğurladılar, işgəncə verdilər
Kərim Vəliyev Kəlbəcərdə döyüş hazırlığını yoxladı - FOTO
Həbs edilən icra başçısının əmisi oğlu yüksək vəzifədə çalışır
Leyla Abdullayeva: "Paşinyan getsə belə razılaşma dəyişməyəcək”
Sabah Bakıda qar yağacaq
Prokuror sabiq icra başçısına 13 il həbs cəzası istədi
4 “Korona xəstəsi”-nə cinayət işi açıldı
Bu gün “Qarabağ” tarixi matça çıxır
Bakı metrosunda qatarların yubanması nə ilə əlaqədardır?
Ayağını itirən qaziyə əlillik düzgün təyin edilməyib? - Rəsmi açıqlama
{sape_links}{sape_article}