Son dəqiqə
7-06-2023, 19:26
212

FHN şefi generalı NİYƏ VURDU?

FHN şefi generalı NİYƏ VURDU?
İyunun 6-da yayılan xəbərdə məlum oldu ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov təqaüdə göndərilib. Bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, Füzuli Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədər təqaüdə göndərilib.

Nazirin digər bir əmrli ilə isə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayor Hikmət Abbasov tutduğu vəzifədən azad edilərək Dövlət Yanğından Mühafizə Xidmətinə rəis təyin edilib. Hikmət Abbasovun yerinə də təyinat olub. Belə ki, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov Dövlət Yanğın Nəzarəti Xidmətinə rəis təyin edilib.

Tribunainfo.az-a gələn məlumatda iddia olunur ki, general Füzuli Əsədovun işdən çıxarılmasının arxasında başqa səbəb var. Məlumata görə, nazir F.Əsədovu çoxdan işdən azad edəcəkdi, ajiotaj yaranmasın deyə ertələmişdi. Əslində, nazir K.Heydərov general F.Əsədovu FHN-də xidməti otaqdakı intim videoya görə kənarlaşdırıb. Çünki videoda olan şəxs polkovnik Zaur Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olub. Yəni o, Füzuli Əsədovun köməkçisi idi. İntim videolar da məhz onun kabinetində çəkilib. Təbii ki, nazir o zaman F.Əsədovu cəzalandırıb səs-küy doğurmaq istəməyib, indisə təqaüd adı ilə uzaqlaşdırıb. Sözsüz ki, o hadisələrdə general Əsədovun məsuliyyəti yoxdur. Sadəcə, onun tabeliyində olan qurumda bu halların baş verməsi, köməkçisinin xidməti otağı şəxsi kabinet kimi istifadə etməsi ciddi nəzarətsizlik olduğunu ortaya çıxarıb. Bundan əlavə, Zaur Mirzəyev Füzuli Əsədovun əmisi qızı ilə evlidir.

XəbərTv.info

Digər xəbərlər

Mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub
Bakıda gecə 30-a yaxın ağac ekskavatorla məhv edilərək aparılıb
Hücuma məruz qalan “Motsart”ın 4-cü kapitanı: “Yaralanmışam, “kor kimi” mənə verilən istiqamətdə gedirəm”
Azərbaycana payız bu tarixdə gələcək
Uşaqlar üçün vaksinlərin hazırlanmasına başlanıldı
Tofiq Musayev Vaşinqtonda “Bomba”ya qarşı
Cəbhə bölgəsində silahlı jurnalist?
“28 ildir yataqxanalarda xəstə düşən köçkünlərin naləsi yerdə qalmadı” – Əli Həsənovu bitirən səbəblər
Bakıda polis əməkdaşı qəzaya düşdü: Yaralılar var - VİDEO
İlham Əliyevdən dörd rayonun su təchizatı ilə bağlı SƏRƏNCAM
Bakıda avtomobil yanıb
Baş Prokurorluq məlumat yaydı
DİN-dən “Xudatda COVID-19 alveri” iddiası ilə bağlı AÇIQLAMA - FOTO
Partiya sədrinin qardaşı şəhid oldu
Azərbaycanda neçə nəfər vaksinin ikinci dozasını vurdurub? - AÇIQLAMA
Ərdoğan: “Qazaxın işğaldakı kəndləri bu tarixə qədər Azərbaycana qaytarılacaq”
Kredit adı ilə dələduzluq edənlər saxlanıldı -
`Gorgud Hotel`də amtisanitar vəziyyət...
Bayram namazının vaxtı AÇIQLANDI
Kranın aşması nəticəsində bir nəfər öldü
Bakıda quldurlar iki qardaşı 2 min manata görə oğurladılar, işgəncə verdilər
Kərim Vəliyev Kəlbəcərdə döyüş hazırlığını yoxladı - FOTO
Həbs edilən icra başçısının əmisi oğlu yüksək vəzifədə çalışır
Leyla Abdullayeva: "Paşinyan getsə belə razılaşma dəyişməyəcək”
Sabah Bakıda qar yağacaq
Prokuror sabiq icra başçısına 13 il həbs cəzası istədi
4 “Korona xəstəsi”-nə cinayət işi açıldı
Bu gün “Qarabağ” tarixi matça çıxır
Bakı metrosunda qatarların yubanması nə ilə əlaqədardır?
Ayağını itirən qaziyə əlillik düzgün təyin edilməyib? - Rəsmi açıqlama
{sape_links}{sape_article}