Son dəqiqə
20-02-2020, 09:59
419

Bakı Atatürk liseyində müdhiş saxtakarlıq - FOTO

Bakı Atatürk liseyində müdhiş saxtakarlıq - FOTO



Liseyin rəhbər işçiləri bir qrup şəxslə əlbir olaraq Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin adından sui-istifadə ediblər

Türk Dünyası Araşdırmalar Vəqfinin 1992-ci ildən paytaxtımızda təsis etdiyi Bakı Atatürk Liseyi fəaliyyətdə olduğu dövrdə bu təhsil ocağında tədrisin, şagirdlərin təlim-tərbiyəsinin keyfiyyətinə həmişə fikir verilib. Türk dünyasının görkəmli şəxsiyyətlərindən hesab olunan mərhum Turan Yazqanın xeyir-duası ilə fəaliyyət göstərən bu liseyin məzunlarının əksəriyyəti demək olar ki, təkcə ölkəmizdə deyil, xarici ölkələrdə də fəaliyyət göstərən nüfuzlu ali məktəblərə qəbul olublar. Məzunlar arasında ali məktəbləri bitirib, ölkənin müxtəlif sahələrində uğurla özünü sınayanlar var. Onların səsi hətta xarici ölkələrin pristijli sahələrindən də gəlir.Amma bu gün çox təəssüf ki, lisey barəsində keçmişdə səsləndirdiyimiz xoş sözləri işlətməkdə çətinlik çəkirik. Reallıqları analiz etdikdə övladlarımızın gələcəyinin kimlərin əlində olmasından əndişələnir, narahat oluruq. Çünki lisey ilk gündən ali məqsəd və məramları özünə rəhbər tutaraq fəaliyyətə başlayıb. Məqsəd və məramlarından biri də bilik vermək yolu ilə vətənə, millətə, dövlətə xeyir verən nəsillər yetişdirmək, ədalətli olmaq, tədqiq edən, danışan və etik dəyərləri müzakirə edən insanları yetişdirməkdir.Amma Eylem Gültekin müdir müavini təyin olunandan sonra ölkəmizdə nümunəvi liseylərdən biri hesab edilən Bakı Atatürk Liseyinin qara günləri başlayıb. İdeal məqsəd və məramlar demək olar ki, heç nəyə baxılmadan ayaqlar altına atılıb. Ciddi qanunpozmalar, saxtakarlıqlar adıçəkilən liseydə məhz Eylem Gültekinin və onun liseydə olan havadarları vasitəsi ilə görünməmiş həddə çatıb. O, müdir təyin olunduqdan sonra isə heç nədən çəkinmədən pedaqoq adına yaraşmayan yalanlar uyduraraq, əvvəlcədən fikirləşdiyi böyükmiqyaslı saxtakarlıqlar həyata keçirib, özbaşınalıqlar pik həddə çatıbdır. Bunu isə liseydə çalışan müəllimlərin gözləri qabağında, onların gözlərinə "kül üfürə-üfürə”edib və səlahiyyətli qrumların adından istifadə etməklə özü ilə bərabər bir neçə Azərbaycan vətəndaşını da cinayətə sürükləyibdir. Belə ki, Eylem xanım özünə heç bir pedaqoji təhsili olmayan, vaxtilə təhsil aldığı Odlar Yurdu Universitetindən xaric olunan və müdir müavini işləyən Samir Balakişiyevin vasitəsilə orada işləyən müəllimlərin başına çox hoqqalar gətirib və heç bir ali məktəbi bitirməyən və diplomu olmayan S.Balakişiyevi özünə müavin təyin edib. Hazırda yenə də Samir bəyin vasitəsilə istər pedaqoji kollektivin, istərsə də valideynlərin başına "corab hörməkdədir”. Araşdırma aprılsa, Eylem xanımın da ali savadının Samir bəydən artıq olmadığının şahid olarıq.

Bəs Eylem xanımın saxtakarlığı və ciddi qanun pozuntuları nədən ibarət olub? Onların hələ ki, bir neçəsini oxucularımızın diqqətinə çatdırmağı məsləhət bildik: O, ilk qanunsuzluğuna Türkiyə vətəndaşlarını qaydalara uyğun olmadan işə götürməsi ilə başlayıb və buna görə Dövlət Miqrasiya Xidməti tərəfindən lazımi şəkildə ölçü götürülüb və 40 min manat cərimə olunub.Əmək Müfəttişliyi tərəfindən isə 1800 manat…Bunlardan ibrət dərsi götürməyən Eylem xanım sonrakı saxtakarlığını, bəlkə də, dünyanın ən böyük fırıldaqçıların ağlına gəlməyəcək bir şəkildə davam etdirib. Belə ki, liseydə işləyən savadlı və təcrübəli azərbaycanlı işçiləri çıxartmaq üçün heç nədən çəkinmədən Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin adından sui-istifadə edib. Müəllimlərin diqqətinə çatdırıb ki, liseydə çalışan azərbaycanlı müəllimlər imtahan verməlidirlər:” Bu, Dövlət İmtahan Mərkəzinin və Təhsil Nazirliyinin tələbidir. İmtahanıisə Dövlət İmtahan Mərkəzi təşkil edəcək. Bütün suallar orada hazırlanır və müavinim Samir Balakişiyev imtahan günü gedib sualları mərkəzdən götürəcəkdir.” Təbii ki, Eylem xanımın fırıldağından xəbərsiz olan müəllimlər onun bu sözlərinə inanıb. İmtahan elə liseyin binasında iki dəfə təşkil olunub. Birincisi ötən il aprelin 21-də, o birisi isə iyunun 22-sində. Müəllimləri inandırmaq üçün müdirə xanım başqa bir oyun da fikirləşib. Özü imtahanı götürmək üçün formal komissiya təşkil edib. İmtahan zamanı "komissiya”nın üzvləri olan Anar Allahverdiyev adlı şəxs özünü Dövlət İmtahan Mərkəzinin, Emin Rəcəbli isə özünü Təhsil Nazirliyinin Aparat rəhbərliyinin kimi təqdim edib. İmtahan götürülüb. İşçilər bundan sonra "imtahandan keçməmək” adı ilə işdən xaric ediliblər.

Aparılan araşdırmaların nəticələri onu göstərib ki, nə Anar Allahverdiyev DİM-in, nə də Emin Rəcəbli Təhsil Nazirliyinin işçisi deyil. Onların liseydə müəllimlərdən imtahan götürməyə heç bir səlahiyyəti çatmır. Sadəcə bu oyunu qurmaqla xeyli azərbaycanlı pedaqoqu işsiz qoyublar.Onu da qeyd edək ki,Anar Allahverdiyev "göstərdiyi xidmətlər”in qarşılığında adıçəkilən liseyə müəllim götürülb və hazırda orada çalışır.

Burada açıq-aşkar iki səlahiyyətli dövlət qurumunun adından istifadə olunub. Sui-istifadə və saxtakarlıqla bağlı hər iki quruma rəsmən şikayətlər olunub və məlumat verilib.

Ancaq maraqlıdır ki, nədənsə onlar barədə hüquqi ölçü götürülməyib. Sadəcə DİM-in məsul şəxsləri Anar Allahverdiyevi mərkəzə dəvət edib, ondan şifahi izahat alıblar. (Yazılı yox ha, şifahi?-red). A. Allahverdiyev bildirib ki, imtahan zamanı özünü mərkəzin əməkdaşı kimi təqdim etməyib. Verilən arayışdan o da məlum olub ki, DİM Atatürk Liseyində pedaqoji işçilər üçün imtahan keçirməyib və suallar tərtib etməyiblər.

Amma liseydə imtahan keçirildiyini A.Allahverdiyev şifahi verdiyi izahatda təsdqiləsə də, bu barədə heç bir tədbir görülməyib.

Demək olar ki, liseyin rəhbər şəxsləri qurumlara aidiyyəti olmayan şəxslərlə əlbir olaraq çox böyük qanun pozuntularına yol veriblər. Qanun pozuntuları isə təkcə bununla bitmir. Zaman-zaman bununla bağlı dəyərli oxucularımıza məlumat verəcəyik. Hesab edirik ki, aidiyyəti qurumlar, o cümlədən hüquq-mühafizə orqanları qaldırdığımız məsələyə biganə qalmayacaq, məsələni nəzarətlərinə götürüb hüquqi ölçü götürəcəklər. \\7news
Bakı Atatürk liseyində müdhiş saxtakarlıq - FOTO

Digər xəbərlər

Mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub
Bakıda gecə 30-a yaxın ağac ekskavatorla məhv edilərək aparılıb
Hücuma məruz qalan “Motsart”ın 4-cü kapitanı: “Yaralanmışam, “kor kimi” mənə verilən istiqamətdə gedirəm”
Azərbaycana payız bu tarixdə gələcək
Uşaqlar üçün vaksinlərin hazırlanmasına başlanıldı
Tofiq Musayev Vaşinqtonda “Bomba”ya qarşı
Cəbhə bölgəsində silahlı jurnalist?
“28 ildir yataqxanalarda xəstə düşən köçkünlərin naləsi yerdə qalmadı” – Əli Həsənovu bitirən səbəblər
Bakıda polis əməkdaşı qəzaya düşdü: Yaralılar var - VİDEO
İlham Əliyevdən dörd rayonun su təchizatı ilə bağlı SƏRƏNCAM
Bakıda avtomobil yanıb
Baş Prokurorluq məlumat yaydı
DİN-dən “Xudatda COVID-19 alveri” iddiası ilə bağlı AÇIQLAMA - FOTO
Partiya sədrinin qardaşı şəhid oldu
Azərbaycanda neçə nəfər vaksinin ikinci dozasını vurdurub? - AÇIQLAMA
Ərdoğan: “Qazaxın işğaldakı kəndləri bu tarixə qədər Azərbaycana qaytarılacaq”
Kredit adı ilə dələduzluq edənlər saxlanıldı -
`Gorgud Hotel`də amtisanitar vəziyyət...
Bayram namazının vaxtı AÇIQLANDI
Kranın aşması nəticəsində bir nəfər öldü
Bakıda quldurlar iki qardaşı 2 min manata görə oğurladılar, işgəncə verdilər
Kərim Vəliyev Kəlbəcərdə döyüş hazırlığını yoxladı - FOTO
Həbs edilən icra başçısının əmisi oğlu yüksək vəzifədə çalışır
Leyla Abdullayeva: "Paşinyan getsə belə razılaşma dəyişməyəcək”
Sabah Bakıda qar yağacaq
Prokuror sabiq icra başçısına 13 il həbs cəzası istədi
4 “Korona xəstəsi”-nə cinayət işi açıldı
Bu gün “Qarabağ” tarixi matça çıxır
Bakı metrosunda qatarların yubanması nə ilə əlaqədardır?
Ayağını itirən qaziyə əlillik düzgün təyin edilməyib? - Rəsmi açıqlama
{sape_links}{sape_article}