Son dəqiqə
6-05-2020, 18:49
579

Gədəbəyin icra hakimiyyəti başçısı: “Şantaj və reket jurnalistikası işləməyə imkan vermir...”

Gədəbəyin icra hakimiyyəti başçısı: “Şantaj və reket jurnalistikası işləməyə imkan vermir...”


Bu gün bəzi yerli saytlarda Gədəbəy rayon İcra Hakimiyyətinin vətəndaşların müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri Həsənov Rakif Cəbrayıl oğlunun ürəktutmadan öldüyü haqda xəbərlər yayılıb. Və iddia edilib ki, həmin məmur bir neçə gün əvvəl rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev tərəfindən bərk danlanıb. Və nəticədə vəziyyəti pisləşən şöbə müdiri daha sonra keçinib. O da bildirilir ki, əvvəllər də icra başçısı iki kənd icra nümayəndəsini bərk danladığı üçün onların ürəktutmadan ölümünə səbəb olub.

Gədəbəyin icra hakimiyyəti başçısı: “Şantaj və reket jurnalistikası işləməyə imkan vermir...”


XeberTv.info bildirir ki, virtualaz.org məmurun qəfil ölümü və səslənən iddialarla bağlı icra hakimiyyətinin başçısı ilə əlaqə saxlayıb. İbrahim Mustafayev bildirib ki, belə xəbərləri reket və şantajla məşğul olan jurnalistlər yayır.

“Həmin əməkdaş iki həftədir səhhətinə görə işə çıxmırdı. Amma adı xüsusi karantin rejimi dövründə işə çıxmalı olan əməkdaşlar siyahısında idi. Yanvar ayında da məndən icazə aldı, səhhətinə görə 20 gün işə çıxmadı. Ürəyinin xəstə olduğunu deməmişdi, amma sinirləri ilə bağlı problemdən şikayətlənmişdi. Dünən vəziyyəti pisləşib, evindən rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da orada keçinib. Heç bir danlamaqdan, təzyiqdən söhbət gedə bilməz. Onu işə mən götürmüşdüm, işinə məsuliyyətlə yanaşan işçi idi. Araşdırmışıq ki, belə xəbərləri rayondan jurnalistika adı altında reketliyi və şantajı özünə peşə seçən biri yayır. Həmin adam DSMF-nin rayon şöbəsində əməkdaşları təhqir edib, kompüterləri sındırıb və sonradan döyülməsi haqda şikayət verib. Biz bilmirik rayonda xüsusi karantin rejimində təsərrüfat fəaliyyətini təmin edək, yoxsa bu cür şantaj və böhtanla mübarizə aparaq”,-icra hakimiyyətinin başçısı bildirib.


Gədəbəyin icra hakimiyyəti başçısı: “Şantaj və reket jurnalistikası işləməyə imkan vermir...”


Vəfat edən Rakif Həsənovun Azər adlı qaynı isə virtualaz.org-a açıqlamasında bildirdi ki, mərhumun ailə üzvləri və onun yaxınları bu cür uydurma məlumatın yayılmasından narahatlıq keçirirlər. Amma qohumunun bildirdiyinə görə, R.Həsənovun əvvəllər ürəyindən şikayəti olmayıb və müalicə almayıb.

“1971-ci il təvəllüdlü idi, 49 yaşı vardı. Son vaxtlar işə çıxmırdı, evdə idi. Qəfildən özünü pis hiss edib, həkimə çatdırsalar da keçinib. Onun guya işdə danlanması barədə deyilənlər tam yalandır. Bunu digər ailə üzvləri də təsdiq edə bilər. Rakif işinə son dərəcə məsuliyyətlə yanaşan işçi idi, özünü danladan deyildi, icra başçısı ilə münasibətləri də yaxşı olub. Bu məlumatı kimin nə məqsədlə yaydığını bilmirik, indi başımız yasa qarışıb. Amma zəng vurub deyirlər ki, saytlarda belə yazırlar. Bunlar mərhumun ailə üzvlərinin və yaxınlarının heysiyyatına toxunur, ailəmizə faciə üz verib və kimlərsə bundan öz məqsədləri üçün istifadə etməyə çalışır”,-mərhumun yaxını belə deyib.

Digər xəbərlər

Azərbaycanda sabiq icra başçısı azadlığa buraxıldı
Müəllimləri daşıyan avtobus dərəyə aşdı: 10 ölü, 24 yaralı
AFFA bu vacib postu əcnəbəyə tapşırır – SON DƏQİQƏ
Neft yenidən bahalaşıb
Əhəd Abıyev bu rayona icra başçısı göndərilir?
Ölkəmizdə son sutkada koronavirusdan 18 nəfər vəfat edib
Şəhid Cəbrayıl Dövlətzadə Azərbaycanda ilin döyüşkən idmançısı seçildi
Azərbaycanda dini liderlərin görüşü keçiriləcək
Zəngilanın Vəliqulubəyli kəndindən görüntülər - VİDEO
Rusiya səfirinə sui-qəsddə iştirak edən vacib şəxs saxlanılıb
Bayrağı yerlə sürüdülər - Əkiz bacılardan BİABIRÇI FOTO
“Məni azadlığa buraxın, əks halda buradan meyitim çıxacaq”
“Pokrovka Məhərrəm” kimi tanınan şəmkirli mafioz Azərbaycana deportasiya edildi
Ağdaşda qəbiristanlığda oğurluq edənlər tutuldu
Yeni nazir səfirlərin fəaliyyətini araşdırmağa başladı - "Ciddi tədbirlər görüləcək"
Sumqayıt İcra Hakimiyyətindən 65 minlik şübhəli müqavilə - Niyə bu şirkət?
Bu gün "Qarabağ" növbəti oyununa çıxır
Düşmən Ağdam rayonu ərazisini atəşə tutur
Qurbanlının nəzir qutuları - Dövlət Komitəsi ilə bağlı MÜƏMMALAR -
Yoluxanların sayı 700-ü keçdi
Hacı İbrahimin layihəsi satışa çıxarıldı - “Xəzər adaları”nda təmir işləri bərpa olunur
İngiltərə Super Kubokunun qalibi məlum oldu
Türkiyədə azərbaycanlı qadın bıçaqlandı
Lənkəran sakininin qazdığı su quyusundan təbii qaz çıxdı
"İndi biz çörəyimizi kimdən istəyək?" - Laçınlı müəllim rayon təhsilində baş alıb gedən korrupsiyadan danışır
Əli Həsənova AMEA-da vəzifə verilir?
Bakıda avtomobil yola çıxan uşağı vuraraq öldürdü
Vilayət Eyvazovun dəyişdiyi DYP: Bunlarla rastlaşmayacaqsınız! – RƏSMİ AÇIQLAMA
Kürdəmirdə ilanlar evlərə dolub - VİDEO
Polad Həşimov haqqında “Komandir” filmi çəkiləcək
{sape_links}{sape_article}