Son dəqiqə
24-04-2019, 09:04
1 017

Bacılar bitki toxumlarından maraqlı əsərlər yaradırlar - Azərbaycanda

Bacılar bitki toxumlarından maraqlı əsərlər yaradırlar - Azərbaycanda



Xarici görünüşcə bir-birilərinə bənzədikləri kimi, daxili aləmləri, həyata baxışları, incəsənətə, rəssamlığa olan maraqları da çox oxşardır.

Haqqında bəhs etdiyimiz Dilbər və Şəbnəm İbadova bacıları Ağcabədi rayonunun Hüsülü kəndində yaşayırlar. Onların çəkdikləri rəsmlər, müxtəlif tullantılardan, tumlardan hazırladıqları əsərlər görənlərin marağına səbəb olur. Hazırda Şəbnəm İbadova Ağcabədi İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində uşaq inkişafı mütəxəssisi işləyir. Şəki Dövlət Regional Kollecində musiqi nəzəriyyəsi ixtisası üzrə təhsil alan bacısı Dilbər İbadova da tətil günlərində İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində könüllü olaraq çalışır. Mərkəzdə sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlara rəsm çəkməyi öyrədən bacılar, həm də onların intellektual, fiziki və psixoloji inkişafına dəstək olurlar.

xebertv.info bildirir ki, daha çox karandaşlarla, boyalarla işləyən Dilbər İbadova AZƏRTAC-a müsahibəsində deyib: "Rəssamlıq bizə nəsildən keçib. Ailədə hamı incəsənətlə məşğuldur. Atam həm rəssam, həm də musiqiçidir. İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində çalışmaq mənə zövq verir. Rəsm çəkmək uşaqlara maraqlı gəlir, həvəslidirlər. Rəsm çəkməklə həm beyinləri, həm də əlləri işləyir, inkişaf edir. Daha çox təbiətlə bağlı rəsmlərə üstünlük veririk. Bu da uşaqlara çox yaxşı təsir göstərir. Həm rəsm çəkməyi öyrənirlər, həm də dünyagörüşləri artır".

Şəbnəm İbadova rəsm çəkməyə uşaqlıqdan maraq göstərdiyini deyir: "Kiçik yaşlarımda sadə rəsmlər çəkirdim. Dörd il əvvəl rəsmləri boya ilə çəkməyə, müxtəlif tum və çəyirdəklərdən, tullantılardan istifadə etməklə əl işləri yaratmağa başladım. Əvvəlcə rəsm çəkirəm, sonra tum, çəyirdək, digər toxumlar, qarabaşaq, mərci, buğda, düyü, rəngli kağızlar və sair vasitələrlə üzərində işləyirəm. Taxta, kağız, karton kimi tullantılardan istifadə edərək, güldan, səbət kimi əşyalar da düzəldirəm".

Daha çox vətənpərvərlik, təbiəti vəsf edən mövzular üzərində işləyən bacılar bir çox sərgilərdə, rayon tədbirlərində iştirak ediblər. Əl işlərinin satışına maraqlı olmadıqlarını deyən Şəbnəm və Dilbər İbadova bacılarının ən böyük istəkləri isə tanınmış rəssamlardan dərs almaq və fərdi sərgilərini keçirməkdir.

Digər xəbərlər

Mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub
Bakıda gecə 30-a yaxın ağac ekskavatorla məhv edilərək aparılıb
Hücuma məruz qalan “Motsart”ın 4-cü kapitanı: “Yaralanmışam, “kor kimi” mənə verilən istiqamətdə gedirəm”
Azərbaycana payız bu tarixdə gələcək
Uşaqlar üçün vaksinlərin hazırlanmasına başlanıldı
Tofiq Musayev Vaşinqtonda “Bomba”ya qarşı
Cəbhə bölgəsində silahlı jurnalist?
“28 ildir yataqxanalarda xəstə düşən köçkünlərin naləsi yerdə qalmadı” – Əli Həsənovu bitirən səbəblər
Bakıda polis əməkdaşı qəzaya düşdü: Yaralılar var - VİDEO
İlham Əliyevdən dörd rayonun su təchizatı ilə bağlı SƏRƏNCAM
Bakıda avtomobil yanıb
Baş Prokurorluq məlumat yaydı
DİN-dən “Xudatda COVID-19 alveri” iddiası ilə bağlı AÇIQLAMA - FOTO
Partiya sədrinin qardaşı şəhid oldu
Azərbaycanda neçə nəfər vaksinin ikinci dozasını vurdurub? - AÇIQLAMA
Ərdoğan: “Qazaxın işğaldakı kəndləri bu tarixə qədər Azərbaycana qaytarılacaq”
Kredit adı ilə dələduzluq edənlər saxlanıldı -
`Gorgud Hotel`də amtisanitar vəziyyət...
Bayram namazının vaxtı AÇIQLANDI
Kranın aşması nəticəsində bir nəfər öldü
Bakıda quldurlar iki qardaşı 2 min manata görə oğurladılar, işgəncə verdilər
Kərim Vəliyev Kəlbəcərdə döyüş hazırlığını yoxladı - FOTO
Həbs edilən icra başçısının əmisi oğlu yüksək vəzifədə çalışır
Leyla Abdullayeva: "Paşinyan getsə belə razılaşma dəyişməyəcək”
Sabah Bakıda qar yağacaq
Prokuror sabiq icra başçısına 13 il həbs cəzası istədi
4 “Korona xəstəsi”-nə cinayət işi açıldı
Bu gün “Qarabağ” tarixi matça çıxır
Bakı metrosunda qatarların yubanması nə ilə əlaqədardır?
Ayağını itirən qaziyə əlillik düzgün təyin edilməyib? - Rəsmi açıqlama
{sape_links}{sape_article}