Son dəqiqə
Siyasət
19-11-2020, 12:44
5 843
Əli Həsənov bu vəzifəsini də itirdi
Prezidentin sabiq köməkçisi və 2000-ci ildən etibarən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına rəhbərlik edən Əli Həsənov kafedranın müdiri vəzifəsindən azad edilib.
XeberTv.info "MediaPost"a istinadən məlumat verir ki, Ə. Həsənovun yerinə isə Namiq Həsən oğlu Əliyev təyin olunub.
Qeyd edək ki, hüquq elmləri doktoru, professor Namiq Əliyev Gürcüstan və Moldovada sabiq fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışıb.