Son dəqiqə
16-02-2021, 20:00
5 183

Rusiya sərhədində saxlanılan azərbaycanlılardan 7-si sərbəst buraxıldı

Rusiya sərhədində saxlanılan azərbaycanlılardan 7-si sərbəst buraxıldı


Rusiya-Azərbaycan sərhədində baş vermiş iğtişaşlar zamanı saxlanılan yeddi Azərbaycan vətəndaşı barəsində başlanan cinayət işlərinə xitam verilib.

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin açıqlamasında bildirilir.

“2020-ci ilin 15 iyun tarixində Rusiya-Azərbaycan sərhədində baş verən iğtişaşlar zamanı Rusiya hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının 10 vətəndaşı – Ceyhun Namazov, Elbrus Əhmədov, Nahid Ağayev, Əziz Fərəczadə, Elmar Mehdiyev, Tural Qiyasov, Elmar Musayev, Ənvər Muradov, Rövşən Hüseynov, Emin İmaməliyev saxlanılmışdı. Üstündən keçən uzun müddət ərzində bu məsələni diqqət mərkəzində saxlayan səfirliyimizin əməkdaşları tərəfindən həm saxlanılanlarla, həm də Rusiyanın aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilib, səfirliyin səlahiyyətləri çərçivəsində vətəndaşlarımıza hərtərəfli yardım göstərilib. Bu barədə ictimaiyyətə məlumat verilib.

Bildiririk ki, saxlanılan vətəndaşlardan yeddi nəfər, yəni C.Namazov, E.Əhmədov, N.Ağayev, Ə.Fərəczadə, E.Mehdiyev, T.Qiyasov, E.Musayev barəsində cinayət işlərinə xitam verilib, onlar sərbəst buraxılıb”, - açıqlamada qeyd olunur.

Bununla yanaşı, saxlanılmış vətəndaşlarımızdan Ənvər Muradovun Dərbənd Rayon Məhkəməsinin qərarı ilə Rusiya Cinayət Məcəlləsinin (CM) 318.2-ci maddəsilə (hakimiyyət nümayəndəsinə və ya onun yaxınlarına qarşı vəzifə borcunun yerinə yetirilməsilə bağlı həyatı və ya səhhətinə təhlükəli olan zorakılıq) təqsirli bilinərək 1 il müddətinə həbs cəzasına məhkum edilib. Vəkilin verdiyi apellasiya şikayəti əsasında məsələ Dağıstan Ali Məhkəməsinə təqdim olunub.

Həmçinin Rövşən Hüseynov və Emin İmaməliyev adlı vətəndaşlar barəsində ittihamlar ilkin istintaq zamanı dəyişdirilərək Rusiya CM-in 318.2-ci maddəsinə tövsif olunub.

İttihamnamələr təqdim ediləndən sonra hər ikisinin cinayət işləri müvafiq olaraq 19 fevral və 5 mart tarixlərində mahiyyətə üzrə baxılmaq üçün Məhərrəmkənd Rayon Məhkəməsinə göndəriləcək. Hazırda həmin şəxslər ev dustaqlığındadır.

“Səfirlik bundan sonra da həmin məsələni diqqət mərkəzində saxlayaraq qarşıdakı məhkəmə iclaslarının təfsilatı barədə əlavə məlumat verəcək”, - açıqlamada qeyd olunur.

XeberTv.info

Digər xəbərlər

“Çölçü” bu dəfə ABŞ-da uğur qazandı
İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Rusiyada qəza törədən azərbaycanlı müğənni saxlanıldı
AVRO-2020 Azərbaycan və Türkiyə Qran-prilərinin yerdəyişməsinə mane oldu
Mənsimov hakim qarşısında ifadə verdi
Azərbaycanın regionları üzrə COVİD-19-a yoluxma statistikası açıqlanıb
Sabah Bakıya qar yağacaq - PROQNOZ
Bərdədə 72 yaşlı qadın özünü yandırdı
Ermənistan tibbi maşınını Komanda idarəetmə maşınına çevirib - SƏBƏB?
Gecə ərzində gərgin döyüşlər davam edib
Yollarda son vəziyyət necədir?
Onlayn təhsil müəllimlərin əməkhaqqına necə təsir edəcək? Onlayn təhsil müəllimlərin əməkhaqqına necə təsir edəcək?
Moskva vilayətində güclü partlayış: Yaralıların sayı 49-a çatdı -
Azərbaycanda 4 banka müvəqqəti inzibatçı təyin edilib
İcra hakimiyyətləri ləğv edilə bilərmi? - Yeni dövr
Dünya bazarında neftin qiyməti
Mikayıl Cabbarov: “Ermənistanla da əməkdaşlıq edilə bilər”
Azərbaycanlı “qanuni oğru”lar yenə savaşır: Quli klanının gəncəli “oğru” ilə düşmənçiliyinin səbəbi…
YDM-lərin bitməyən fırıldağı - həm cibə girirlər, həm də maşına ziyan vururlar
Rusiya MN-dən Qarabağdakı son vəziyyətlə bağlı açıqlama
Azərbaycanda karantin rejimində ilk yarış keçirilib
Prezident Bakıdakı Qarabağ yürüşündən danışdı
"Aylardır ki, Səhiyyə Nazirliyinə, rayon səhiyyə idarəsinə müraciət edirəm..." - GİLEY
Qırğızıstanın Baş Naziri ilə parlament spikeri istefa verdi
Azərbaycan daha bir ölkədə səfirlik açır
Putin üçün avtomobil hazırlayan şirkətin azərbaycanlı baş direktoru vəzifədən getdi
Bu məktəbdə zəng Xudayarın ifasıyla əvəzləndi - VİDEO
Açıq havada maska taxmaq tələbi ləğv olunur?
Tərtərin İcra Başcisi Müstəqim Məmmədov 4 yol obyekt sahibləri ilə görüş zamani çəkilən kadrlar - VİDEO
“Yolçu” Şahin İbadovun əmlakının siyahısı- ŞAHİN İBADOVU HƏBSƏ APARAN YOL...
{sape_links}{sape_article}