Son dəqiqə
17-10-2020, 23:44
895

Ermənistan ağ bayraq qaldırıb, atəşkəs istəyib - TƏCİLİ ŞƏRH

Ermənistan ağ bayraq qaldırıb, atəşkəs istəyib - TƏCİLİ ŞƏRH


Bu gün saat 00.00-dan başlayacaq MÜVƏQQƏTİ humanitar atəşkəs oktyabrın 10-da Moskvada tərəflər arasında razılaşdırılmış prinsiplər əsasında əldə olunan prosesin davamıdır.

Ermənistan hakimiyyəti yenə ağ baraq qaldırıb. Məlumatlara görə, Ermənistanın baş naziri Nikol Paşinyan müxtəlif vasitəçilərlə rəsmi Bakı ilə əlaqə yaratmağa çalışır. Gələn bilgilərə görə, Ermənistan Azərbaycanla heç bir şərt irəli sürmədən danışıq aparmağa, işğal altındakı Azərbaycan ərazilərinin boşaldılması üçün işlərə başlamağa hazır olduğunu bildirib...

Daha bir şans

Azərbaycan Prezidenti İlham Əliyev əvvəllər də, sentyabrın 27-dən sonra isə dəfələrlə Ermənistana xəbərdarlıq edərək. vaxt itirmədən Azərbaycanın işğal etdiyi ərazilərini boşaltmaq, yalnız konkret vaxt və cədvəl təqdim etməklə danışıqlar masasına oturmağın mümkünlüyü barədə xəbərdarlıq etmişdi. ATƏT-in Minsk qrupunun çağırışları ilə razılaşan rəsmi Bakı oktyabrın 10-dan humanitar atəşkəs elan edilməsi barədə Rusiya XİN rəhbərinin iştirakı ilə birgə bəyanatı imzaladı. Amma ermənilər ilk fürsətdə atəşkəsi pozdular, Azərbaycanda yenə də dinc insanları, mülki obyektləri hədəf aldılar. Döyüş bölgəsinə heç bir dəxli olmayan Gəncədə mülki insanları gecə ilə raket atəşinə məruz qoydular.

Ermənilərin Hadrut, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində istənilən həmlələrinin qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alındı, son həftədə onlarla kəndimiz, həmçinin Hadrut qəsəbəsi, Cəbrayıl və Füzuli şəhərləri işğaldan azad edildi. Düşmən sarsıdıcı zərbələr aldı, canlı qüvvə və texnika itirdi. Azərbaycan mülki əhalisini və yaşayış məntəqlərini hədəf almağa hədəflənmiş texnikalar sıradan çıxarıldı. Düşmən ordusunda nizamsızlıq qaçışla əvəzləndi.

Ermənilərin nəfəsi tükəndi. Azərbaycanın Ali Baş Komandanının qətiyyətli mövqeyi, intizamlı və peşəkar ordu, yüksək texniki qüdrət ermənilərə anlatdı ki, hər pozduqları atəşkəs Ermənistan Ordusuna ölüm, itki, Azərbaycana isə zəfər və qüdrət gətirir. Buna görə də erməni tərəfi yenidən ağ bayraq qaldırıb atəşkəs istədi.

Azərbaycan isə beynəlxalq hüquqa, humanitar atəşkəsə hər zamankı kimi sadiqdir. Azərbaycan Ermənistanın növbəti atəşkəs təklifinə də “yox” deməyərək, bir daha güclü olduğunu göstərir. Güclülər düşmənə aman verər. Bu gün saat 00.00-dan başlayacaq MÜVƏQQƏTİ humanitar atəşkəs oktyabrın 10-da Moskvada tərəflər arasında razılaşdırılmış prinsiplər əsasında əldə olunan prosesin davamıdır.

Azərbaycan bir daha Ermənistana işğalçılıqdan və vandal əməllərdən geri çəkilmək şansı verir.

Azərbaycan Ordusu irəliləyir, zəfərləri var, güclüdür. Prezident və Ali Baş Komandan xalq tərəfindən tam dəstəklənir, xalq Komandanına inanır. Buna görə də yenə də qalib və güclülərə yaraşan şəkildə Ermənistanı yenidən verdiyi şansdan yararlanmağa, Azərbaycana qarşı işğala son qoyub, torpaqları boşaltmağa çağırır.

Mesaj

Azərbaycan onsuz da torpaqlarını azad edir və edəcək. Ordumuzun son 15 gündə apardığı döyüş əməliyyatları bunu sübut edir.

Azərbaycan hərbi döyüşlərinə mülki əhalini qarışdırmır, tarixi abidələri, din ocaqlarını, yaşayış evlərini hədəf almır. Azərbaycan, ümumiyyətlə, Ermənistanı hədəf almır, heç kimin torpağında gözü yoxdur.

Azərbaycan öz torpaqlarını işğaldan azad edir. Beynəlxalq hüququn ona verdiyi legitim haqdan yararlanır və bunu uğurla edir. Ermənistanın bunu anlayıb, nə qədər tez təslim olsa, danışıq masasına əyləşib torpaqların boşaldılması üçün cədvəl təqdim etsə, bir o qədər az itki və məğlubiyyətlə üzləşəcək.

Azərbaycan beynəlxalq ictimaiyyətə bir daha mesaj verir və işğala sülh yolu ilə son qoyulmasının tərəfdarı olduğunu bəyan edir. Azərbaycana torpaqlarını işğaldan azad etmək lazımdır, işğal altındakı torpaqlar istənilən yolla alınacaq. Erməni tərəfi bunu nə qədər tez anlayıb, danışıq masasına otursa, itkilər də bir o qədər az olar.

Azərbaycan Ali Baş Komandanına inanır. Ali Baş Komandan isə deyir: “ Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”.

Azərbaycan əmindir! Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” sözləri bütün meydanlarda aktualdır. İstər hərb meydanı olsun, istər danışıq masası-“Qarabağ Azərbaycanındır!”(apa.az)

XeberTv.info

Digər xəbərlər

“Çölçü” bu dəfə ABŞ-da uğur qazandı
İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Rusiyada qəza törədən azərbaycanlı müğənni saxlanıldı
AVRO-2020 Azərbaycan və Türkiyə Qran-prilərinin yerdəyişməsinə mane oldu
Mənsimov hakim qarşısında ifadə verdi
Azərbaycanın regionları üzrə COVİD-19-a yoluxma statistikası açıqlanıb
Sabah Bakıya qar yağacaq - PROQNOZ
Bərdədə 72 yaşlı qadın özünü yandırdı
Ermənistan tibbi maşınını Komanda idarəetmə maşınına çevirib - SƏBƏB?
Gecə ərzində gərgin döyüşlər davam edib
Yollarda son vəziyyət necədir?
Onlayn təhsil müəllimlərin əməkhaqqına necə təsir edəcək? Onlayn təhsil müəllimlərin əməkhaqqına necə təsir edəcək?
Moskva vilayətində güclü partlayış: Yaralıların sayı 49-a çatdı -
Azərbaycanda 4 banka müvəqqəti inzibatçı təyin edilib
İcra hakimiyyətləri ləğv edilə bilərmi? - Yeni dövr
Dünya bazarında neftin qiyməti
Mikayıl Cabbarov: “Ermənistanla da əməkdaşlıq edilə bilər”
Azərbaycanlı “qanuni oğru”lar yenə savaşır: Quli klanının gəncəli “oğru” ilə düşmənçiliyinin səbəbi…
YDM-lərin bitməyən fırıldağı - həm cibə girirlər, həm də maşına ziyan vururlar
Rusiya MN-dən Qarabağdakı son vəziyyətlə bağlı açıqlama
Azərbaycanda karantin rejimində ilk yarış keçirilib
Prezident Bakıdakı Qarabağ yürüşündən danışdı
"Aylardır ki, Səhiyyə Nazirliyinə, rayon səhiyyə idarəsinə müraciət edirəm..." - GİLEY
Qırğızıstanın Baş Naziri ilə parlament spikeri istefa verdi
Azərbaycan daha bir ölkədə səfirlik açır
Putin üçün avtomobil hazırlayan şirkətin azərbaycanlı baş direktoru vəzifədən getdi
Bu məktəbdə zəng Xudayarın ifasıyla əvəzləndi - VİDEO
Açıq havada maska taxmaq tələbi ləğv olunur?
Tərtərin İcra Başcisi Müstəqim Məmmədov 4 yol obyekt sahibləri ilə görüş zamani çəkilən kadrlar - VİDEO
“Yolçu” Şahin İbadovun əmlakının siyahısı- ŞAHİN İBADOVU HƏBSƏ APARAN YOL...
{sape_links}{sape_article}