Son dəqiqə
30-12-2020, 12:55
9 004

Millət vəkilinin işgüzar fəaliyyəti daim diqqəti cəlb edir

Millət vəkilinin işgüzar fəaliyyəti daim diqqəti cəlb edir


Azərbaycan Respublikası Milli Məclisinin üzvü Vüqar Yapon oğlu İskəndərov 30 dekabr 1972-ci ildə Şəki şəhərində anadan olmuşdur. O, 1979-cu ildə Şəki şəhər 17 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbdə orta təhsilini başa vurmuşdur. 1991-1992-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olan Vüqar İskəndərov, hal-hazırda iki övlad atasıdır.

Qeyd edək ki, 1996-cı ildə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris institutunun hüquq fakültəsinə daxil olan və 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə müvəffəqiyyətlə başa vuran Vüqar İskəndərov, 1993-cü ilin 1 iyunundan 1995-ci ilin 14 avqustuna kimi Şəki “Məsul” idman cəmiyyətində karate-do üzrə məşqçi-müəllim, 1995-ci ilin 6 sentyabrından 1998-ci ilin 2 sentyabrına kimi “Müstəqil Nəqliyyat Birliyi”ndə texniki təhlükəsizlik üzrə baş mühəndis, 1998-ci ilin 6 sentyabrından 1999-cu ilin 22 aprelinə kimi Şəki 62 nömrəli “Təmir-tikinti” idarəsində iqtisadçı, 1999-cu ilin 1 aprelindən 2000-ci ilin 3 yanvarına kimi Şəki rayon Kooperativlər İttifaqında aparıcı hüquqşünas, 2001-ci ilin 7 fevralından 2005-ci ilin 26 dekabrına kimi Şəki MRX-nın BUX-da hüquq məsləhətçisi vəzifələrində çalışmışdır.

O, 1990-cı ildən taekvando şərq döyüş növü ilə, 1992-ci ildən isə karate-do döyüş növü ilə məşğul olmuşdur. 2001-ci ildə isə, Azərbaycan Taekvando Federasiyasının şimal-qərb regionunun sədri vəzifəsinə təyin olunan Vüqar İskəndərov, 1995-ci ildə Azərbaycan karate-do Federasiyasının Assosiasiyasının şimal-qərb regionun sədri vəzifəsinə də təyin edilir, eyni zamanda o, həmin ildən də Azərbaycan karate-do üzrə yığma komandasının üzvü olur. Vüqar İskəndərov 2001-ci ildə respublika rayonları arasında ilk dəfə olaraq şərq döyüşü növləri üzrə xüsusi məktəb yaratmışdır. Məktəbin 20-dən çox yetirməsi beynəlxalq dərəcəli qara kəmər ustalıq normasını ödəmiş, 30-dan çox tələbə isə beynəlxalq respublika turnir və çempionatlarının qalibləri, mükafatçıları olmuşlar. Onu da bildirək ki, Vüqar İskəndərov dünyanın 37 ölkəsində Azərbaycanı idman və digər sahələrdə təmsil etmiş, 2005-ci il 29 dekabr tarixdə isə Şəki şəhər Gənclər və İdman İdarəsinə rəis təyin olunmuşdur. O, Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı sədrinin müavini, Şəki şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvü, 2010-2015 ci ildə Şəki Pedaqoji Kollecin Dövlət İmtahan Komissiyasının sədri vəzifələrini daşımışdır. Vüqar İskəndərov 2012-ci ildə isə Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş və 2014-cü ildə bu ali təhsil ocağını iqtisadçı ixtisası üzrə başa vurmuşdur. Hazırda o, Azərbaycan Respublikasının əməkdar məşqçisidir və peşəkar fəaliyyətlərinə görə dəfələrlə Gənclər və İdman Nazirliyinin, Şəki şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olunmuşdur. ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərinin fəxri vətəndaşıdır. O, “Liderlik” və “Vaxtın idarə olunması” proqramları üzrə təlimçi olmuşdur.

Bundan əlavə onu da qeyd edək ki, Vüqar İskəndərovun Milli Məclisdəki fəaliyyəti də daim diqqəti cəlb edib. Hətta o, istər koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar, istərsə də 44 günlük Vətən müharibəsinin gedişi zamanı dəfələrlə televiziyalara dəvət olunur. Belə ki, o, televiziya çıxışlarında koronovirus infeksiyasına qarşı mübarizə təbliğatının aparılmasında, həmçinin erməni işğalçılarına qarşı geniş kütlə arasında əhvali-ruhiyyənin qaldırılmasında əvəzsiz rol oynayır. Onun şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğı da, daim fəaliyyətində əsas istiqamət olur. Yəni, əldə etdiyimiz müəyyən məlumatlara görə Vüqar İskəndərovun adı hallanmasa da, onun göndərdiyi sovqatlar şəhid ailələrinə, qazilərə çatdırılır. Bu da onu söyləməyə əsas verir ki, daim qəlbində xalqına bağlılıq, Vətən sevgisi gəzdirən bu şəxs, bir millət vəkili olaraq oxşar addımlarını atmağı qarşısına əsas məqsəd qoyur.

Onu da unutmaq olmaz ki, atdığı addımlarına görə xalqı tərəfindən sevilən, rəğbət hissi ilə qarşılanan Vüqar İskəndərovun, bu gün doğum günüdür. Belə bir gözəl və özəl gün münasibətilə XeberTv.info redaksiyasının yaradıcı kollektivi olaraq Vüqar İskəndərovu ürəkdən təbrik edirik, ona gələcək fəaliyyətində bol-bol uğurlar da arzulayırıq.

Rafael Şekixanov

Digər xəbərlər

“Çölçü” bu dəfə ABŞ-da uğur qazandı
İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Rusiyada qəza törədən azərbaycanlı müğənni saxlanıldı
AVRO-2020 Azərbaycan və Türkiyə Qran-prilərinin yerdəyişməsinə mane oldu
Mənsimov hakim qarşısında ifadə verdi
Azərbaycanın regionları üzrə COVİD-19-a yoluxma statistikası açıqlanıb
Sabah Bakıya qar yağacaq - PROQNOZ
Bərdədə 72 yaşlı qadın özünü yandırdı
Ermənistan tibbi maşınını Komanda idarəetmə maşınına çevirib - SƏBƏB?
Gecə ərzində gərgin döyüşlər davam edib
Yollarda son vəziyyət necədir?
Onlayn təhsil müəllimlərin əməkhaqqına necə təsir edəcək? Onlayn təhsil müəllimlərin əməkhaqqına necə təsir edəcək?
Moskva vilayətində güclü partlayış: Yaralıların sayı 49-a çatdı -
Azərbaycanda 4 banka müvəqqəti inzibatçı təyin edilib
İcra hakimiyyətləri ləğv edilə bilərmi? - Yeni dövr
Dünya bazarında neftin qiyməti
Mikayıl Cabbarov: “Ermənistanla da əməkdaşlıq edilə bilər”
Azərbaycanlı “qanuni oğru”lar yenə savaşır: Quli klanının gəncəli “oğru” ilə düşmənçiliyinin səbəbi…
YDM-lərin bitməyən fırıldağı - həm cibə girirlər, həm də maşına ziyan vururlar
Rusiya MN-dən Qarabağdakı son vəziyyətlə bağlı açıqlama
Azərbaycanda karantin rejimində ilk yarış keçirilib
Prezident Bakıdakı Qarabağ yürüşündən danışdı
"Aylardır ki, Səhiyyə Nazirliyinə, rayon səhiyyə idarəsinə müraciət edirəm..." - GİLEY
Qırğızıstanın Baş Naziri ilə parlament spikeri istefa verdi
Azərbaycan daha bir ölkədə səfirlik açır
Putin üçün avtomobil hazırlayan şirkətin azərbaycanlı baş direktoru vəzifədən getdi
Bu məktəbdə zəng Xudayarın ifasıyla əvəzləndi - VİDEO
Açıq havada maska taxmaq tələbi ləğv olunur?
Tərtərin İcra Başcisi Müstəqim Məmmədov 4 yol obyekt sahibləri ilə görüş zamani çəkilən kadrlar - VİDEO
“Yolçu” Şahin İbadovun əmlakının siyahısı- ŞAHİN İBADOVU HƏBSƏ APARAN YOL...
{sape_links}{sape_article}